“Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2019-cu il iyunun 14-də və 18-də məktublar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2019-cu il.

24 İyun 2019, 08:06

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...