Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95; Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 919-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.55.2-ci, 66.3-cü, 75.1.4-cü, 80.1.4-cü, 219-1.3-cü və 282.2-ci maddələrdə “on beş” sözləri “iyirmi” sözü ilə əvəz edilsin.
2.55.4-cü maddədə “on beş” sözləri “iyirmi” sözü ilə, “iyirmi” sözü “iyirmi beş” sözləri ilə əvəz edilsin.
3.66.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.”.
4.67.3-cü maddədə “iyirmi” sözü “iyirmi beş” sözləri ilə əvəz edilsin.
5.100.1-ci maddədə “on” sözü “on iki” sözləri ilə əvəz edilsin.
6.100.2-ci, 108-ci, 108-1-ci, 111-ci, 117.2-ci, 274-cü, 275.2-ci, 278-ci və 280-ci maddələrdə “on ildən on beş” sözləri “on iki ildən iyirmi” sözləri ilə əvəz edilsin.
7.103-cü, 105-ci və 277-ci maddələrdə “on ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilsin.
8.110-cu maddədə “beş ildən on” sözləri “on ildən iyirmi” sözləri ilə əvəz edilsin.
9.115.4-cü, 214.2-ci və 287-ci maddələrdə “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilsin.
10.116-cı maddədə “yeddi ildən on beş” sözləri “on ildən iyirmi” sözləri ilə əvəz edilsin.
11.120.1-ci maddədə “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilsin.
12.120.2-ci maddədə “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilsin.
13.126.3-cü maddədə “yeddi” sözü “doqquz” sözü ilə əvəz edilsin.
14.149.3-cü və 219.3-cü maddələrdə “səkkiz” sözü “on” sözü ilə əvəz edilsin.
15.214.1-ci maddədə “on iki” sözləri “on dörd” sözləri ilə əvəz edilsin.
16.275.1-ci maddədə “beş ildən on” sözləri “yeddi ildən on iki” sözləri ilə əvəz edilsin.
17.276-cı maddədə “yeddi” sözü “on” sözü ilə əvəz edilsin.
18.279.3-cü maddədə “səkkiz ildən on beş” sözləri “on iki ildən iyirmi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2014-cü il.
19 İyun 2014, 09:0613 İyun 2014, 10:06
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
12 İyun 2014, 17:06
"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
12 İyun 2014, 09:06
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
11 İyun 2014, 09:06
Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
11 İyun 2014, 09:06
Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
10 İyun 2014, 17:06
"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"nda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"ndə dəyişiklik edilməsi haqqında ətraflı...