Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2019-cu il.

19 İyun 2019, 08:06

http://www.azertag.az

9411—9420 / 10511

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına   ətraflı...

22 Oktyabr 2014, 09:10

Kristof dö Marjerinin ailəsinə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...