Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,12 iyun 2019-cu il.
13 İyun 2019, 10:0622 Sentyabr 2015, 09:09
Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 sentyabr 2015-ci il tarixli 02 saylı müraciətə baxılması barədə ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2015-ci il tarixli 01 saylı müraciətə baxılması barədə ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatının ləğv ediməsi haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə ətraflı...
21 Sentyabr 2015, 09:09
Mərkəzi Seçki Komissiyasının 16 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...