“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.21-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 20.0.21-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası nəzərdə tutulur.

4. Bu Fərman 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il.

17 May 2019, 08:05

http://www.azertag.az

9141—9150 / 10511

1 Dekabr 2014, 09:12

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

1 Dekabr 2014, 09:12

Mərkəzi Seçki Komissiyasının 25 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

1 Dekabr 2014, 09:12

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına   ətraflı...

1 Dekabr 2014, 09:12

M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında   ətraflı...

28 Noyabr 2014, 09:11

Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında   ətraflı...

28 Noyabr 2014, 09:11

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə   ətraflı...

28 Noyabr 2014, 09:11

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Buyar Nişaniyə   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 12 saylı müraciətə baxılması barədə   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 11 saylı müraciətə baxılmasına dair   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 10 saylı müraciətə baxılması barədə   ətraflı...