"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 182

Bakı şəhəri, 6 iyun 2014-cü il

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 554; 2009, №4, maddə 292) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında  minimum  istehlak  səbətinin tərkibi" yeni redaksiyada  təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi

1. Ərzaq məhsulları (kq-la illik)

 

Sıra

№-si

 

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

 

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

 2. Qeyri-ərzaq malları

 

Sıra

№-si

 

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Palto tipli üst geyimləri qrupu

ədəd/il

3/8

3/9

3/2.6

2.

Kostyum tipli üst geyimləri

ədəd/il

9/4.2

8/4.8

12/2

3.

Alt geyimləri

ədəd/il

9/2.5

9/2.7

12/2

4.

Corab məmulatları

cüt/il

7/1.5

4.5/2

6/1.3

5.

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6.4

4/3

6.

Ayaqqabı

cüt/il

6/3.5

5/3.5

6/1.3

7.

Məktəb-yazı ləvazimatları

ədəd/il

3/1

3/1

41/1

8.

Yataq ləvazimatları

ədəd/il

11/7.1

11/7.1

11/7.1

9.

Mədəni məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

10.

İlkin tələbat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

 3. Xidmətlər

                                      

Sıra

№-si

Xidmətlərin adı

Ölçü vahidi

İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)

 

əmək qabiliyyətli əhali

pensiyaçılar

uşaqlar 0-15 yaş

 

1.                 

Mənzil

ümumi sahə kv.m

12

12

12

2.                 

Mənzillərin qızdırılması

ümumi sahə kv.m

12

12

12

3.                 

İsti və soyuq su təchizatı

ayda m3

5

5

5

4.                 

Kanalizasiya

ayda m3

5

5

5

5.                 

Qaz təchizatı

ayda m3

21

21

21

6.                 

Enerji təchizatı

ayda kVt/s

50

50

50

7.                 

Nəqliyyat xidmətləri

bir ildə gediş

692

365

406

8.                 

Rabitə*

aylıq tarif

-

-

-

9.                 

İnternet xidmətləri**

aylıq tarif

-

-

-

10.              

Digər xidmətlər

bir ayda xidmət-lərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15

             

 

* Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

 

**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

 

 

 

12 İyun 2014, 17:06

http://cabmin.gov.az/

301—310 / 10511

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Dekabr 2022, 08:12

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Dekabr 2022, 14:12

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...