Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyekti, 18 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi, xalçaçılıq müəssisəsi yaradılmış, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qobustanda istismar müddəti başa çatmış 6 ikimərtəbəli 8 mənzilli binada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2019-cu il.

8 May 2019, 08:05

http://www.azertag.az

9501—9510 / 10511

22 Sentyabr 2014, 09:09

Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2014, 09:09

Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2014, 09:09

Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya   ətraflı...

22 Sentyabr 2014, 09:09

Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya   ətraflı...

19 Sentyabr 2014, 10:09

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

19 Sentyabr 2014, 10:09

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

19 Sentyabr 2014, 10:09

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

19 Sentyabr 2014, 09:09

E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

19 Sentyabr 2014, 09:09

E.T.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında   ətraflı...

17 Sentyabr 2014, 09:09

Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...