Azərbaycan Respublikası Prezidentinin “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 23 noyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının 1.1-ci bəndinin icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 654 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1102) 2-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.31-ci bəndinə “dövlətin daxili və xarici borclarının” sözlərindən sonra “, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940, № 12 (I kitab), maddə 2556) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.0.15-ci, 2.0.27-ci yarımbəndlərdə, həmin Qaydaya 6 nömrəli əlavənin cədvəlində, 15 və 27 nömrəli əlavələrin adlarında “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qaydaya 22 nömrəli əlavənin 1.2-ci və 3.8-ci bəndlərində “Dövlət zəmanəti ilə alınmış borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1758, № 12 (I kitab), maddə 2556) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın 3-cü hissəsində və 7.3-cü bəndində (hər iki halda) “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il.
7 May 2019, 08:0531 May 2018, 08:05
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1119-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 May 2018, 08:05
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam ətraflı...
24 May 2018, 08:05
Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 May 2018, 08:05
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...