Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188; 2018, № 7 (I kitab), maddələr 1434, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə “438.3,” rəqəmlərindən sonra “440-1,” rəqəmləri əlavə edilsin.
2. 54.2-ci maddəyə “410.3,” rəqəmlərindən sonra “440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 440-1-ci maddə əlavə edilsin:
“Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması
440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
440-1.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il.
3 May 2019, 08:0526 Fevral 2014, 09:02
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında ətraflı...
26 Fevral 2014, 09:02
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
20 Fevral 2014, 10:02
"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...
19 Fevral 2014, 17:02
R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 Fevral 2014, 08:02
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Fevral 2014, 09:02
A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında ətraflı...