Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli fərmanlarında, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1449-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1124; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 5.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.7-ci yarımbənd əlavə edilsin:
“5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.
2. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690) 5.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.7-ci yarımbənd əlavə edilsin:
“5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.
3. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8.1.8-ci yarımbəndə “müstəqil” sözündən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.2.19-1-ci yarımbənd əlavə edilsin:
“8.2.19-1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanması haqqında qərar qəbul edilməsi üçün Agentliyə müraciət edir;”.
4. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 848; 2016, № 2 (II kitab), maddə 346) 3.2.7-ci yarımbəndinə “müstəqil” sözündən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.
5. “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864) 6.1.7-ci yarımbəndində “iyirmi beş” sözləri “əlli” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2019-cu il.
2 May 2019, 08:0527 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 09 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 08 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
“XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ətraflı...
26 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Aqil Raqil oğlu Məmmədovun müvəqqəti olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Sənan Əvəz oğlu Aslanovun müvəqqəti olaraq 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü Rəşad Ağa oğlu Qasımovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 05 saylı müraciətə baxılmasına dair ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli 07 saylı müraciətə baxılması barədə ətraflı...