Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə “prosesində” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”;

2.3. 2.12-ci bəndə “obyektlərin,” sözündən sonra “habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə “tikintisi üçün” sözləri “tikintisinə başlamaq üçün” sözləri ilə əvəz edilsin;

2.4. 2.14-cü bəndə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 2.16-cı bəndə “qeydlər aparmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.6. 2.19-cu bəndin birinci cümləsinə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.7. 3.1.2-ci yarımbənddən “və xüsusi nişanın” sözləri çıxarılsın;

2.8. həmin Qaydalara əlavə ¬¬¬– “Tikintidə dövlət nəzarəti jurnalı”nda “Qeydlər”in 1-ci hissəsində “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il.

2 May 2019, 08:05

http://www.azertag.az

3571—3580 / 10511

24 May 2018, 08:05

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2018, 08:05

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan   ətraflı...

24 May 2018, 08:05

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1117-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2018, 08:05

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 May 2018, 08:05

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1115-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...