Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,2 milyon (yeddi milyon iki yüz min) manatı Goranboy Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2014-cü il.
11 İyun 2014, 09:0624 İyun 2016, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
Ə.Y.Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
N.M.Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
C.M.Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
N.H.Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2016, 09:06
A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 İyun 2016, 09:06
Dövlət qulluqçularının təltif edilməsi haqqında ətraflı...