“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 682) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2019-cu il.
16 Aprel 2019, 08:0424 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...