Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 181
Bakı şəhəri, 5 iyun 2014-cü il
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komis-siyasının yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi"nin dördüncü abzasında "İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin ticarət siyasəti şöbəsinin rəisi" sözləri "İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini" sözləri ilə əvəz edilsin.
2. "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 361; 2001, № 7, maddə 512; 2004, № 4, maddə 287; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları"nın preambulasının ikinci cümləsində (birinci və ikinci hallarda) "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin;
2.2. həmin qərarın 1-12 nömrəli əlavələrində (bütün hallarda) "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və "Malın mənşəyi haqqında sertifikat" formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 5 dekabr tarixli 211 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 862; 2003, № 8, maddə 456; 2008, № 4, maddə 320; 2009, № 10, maddə 852; 2012, № 7, maddə 778) adında, 3-cü (ikinci halda), 4-cü və 6-cı (bütün hallarda) hissələrində "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr tarixli 169 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 664; 2003, №5, maddə 242; 2006, № 1, maddə 59; 2008, № 2, maddə 105) IV hissəsində "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 811; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası"nın 4.4-cü bəndində "iqtisadi inkişaf" sözləri "iqtisadiyyat və sənaye" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 252; 2005, № 11, maddə 1076; 2008, № 5, maddə 432; 2009, № 10, maddə 846; 2012, № 6, maddə 623) ilə təsdiq edilmiş "Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın 2-ci hissəsinin altıncı abzasında, 5-ci hissəsinin ikinci abzasında, 4-cü və 7-ci hissələrində "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 528; 2006, № 7, maddə 647; 2014, № 1, maddə 69) ilə təsdiq edilmiş "Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın Tərkibi"nin "Komissiyanın üzvləri" hissəsində "Rüstəm Mahmudov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin aparıcı mütəxəssisi" sözləri "Cəmaləddin Quliyev - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 52, № 3, maddə 258, № 9, maddə 859, № 10, maddə 990; 2006, № 3, maddə 301, № 6, maddə 575, № 12, maddə 1150; 2007, № 2, maddələr 180, 195) 13 nömrəli əlavə - "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin aparatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi"nin adında "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının Tərkibi"nin "Respublika Komissiyasının üzvləri" hissəsində "Səməd Əlövsət oğlu Bəşirli - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Aparatının strateji planlaşdırma şöbəsinin müdiri" sözləri "Nurəli Adil oğlu Yusifbəyli - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının strateji planlaşdırma şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 6-cı hissəsində (birinci və ikinci hallarda), 6.2-ci, 6.4-cü və 6.5-ci bəndlərində "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda (bütün hallarda) "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
12. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75) aşağıdakı dəyişikliklər edilsin:
12.1. adında və 1-ci hissəsində "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin;
12.2. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın adında və dördüncü abzasında "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublika-sının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda "İqtisadi İnkişaf" sözləri "İqtisadiyyat və Sənaye" sözləri ilə əvəz edilsin.
14. "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 may tarixli 71 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 444; 2014, № 2, maddə 201) 1-ci hissəsinin "Şuranın üzvləri" bölməsində "Muradov Ədalət Cəlal oğlu - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri" sözləri "Quliyev Cəmaləddin Əlibala oğlu - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini" sözləri ilə əvəz edilsin.
15. "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 fevral tarixli 46 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 201) 24-cü hissəsi ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
10 İyun 2014, 17:06
27 Sentyabr 2018, 08:09
“Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
24 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Sentyabr 2018, 08:09
T.S.Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...