"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 178
Bakı şəhəri, 5 iyun 2014-cü il
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, № 3, maddələr 307, 317; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 aprel tarixli 105 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 16.5-ci bəndində "mühafizə" sözü "qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
10 İyun 2014, 17:06
30 Avqust 2017, 09:08
Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2017, 09:08
Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2017, 09:08
N.Ə.Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Avqust 2017, 09:08
F.R.Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
25 Avqust 2017, 09:08
“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında ətraflı...
25 Avqust 2017, 09:08
“Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar ətraflı...
24 Avqust 2017, 09:08
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
24 Avqust 2017, 09:08
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
24 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Sərəncamına Əlavə ətraflı...
24 Avqust 2017, 09:08
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...