Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 177

Bakı şəhəri, 5 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

 "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 385) ilə təsdiq edilmiş "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 3.2.2-ci yarımbəndində "torpaq və" sözləri "təhkim və" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

10 İyun 2014, 17:06

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...