Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi ilə qərara alır:
Maddə 1. Özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların dəqiqləşdirilməsi
1.1. Dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu Qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir.
1.2. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstərilir.
Maddə 2. Özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi
2.1. Bu Qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu Qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:
2.1.1. dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir;
2.1.2. dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir;
2.1.3. dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir.
Maddə 3. Yekun müddəa
3.1. Bu Qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu Qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin bu Qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.
3.2. Dövlət əmlakının (müəssisələrinin) satıcısı dövlət əmlakının (müəssisələrinin) özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2019-cu il.
3 Aprel 2019, 08:0411 İyun 2019, 08:06
“MüstəqilDövlətlərBirliyininiştirakçısı olandövlətlərindaxiliişlərorqanları (polis) və daxiliqoşunları üçünkadrlarınhazırlanması haqqındaSaziş”inicrası ilə bağlı səlahiyyətliorqanınmüəyyənedilməsibarədə AzərbaycanRespublikası PrezidentininSərəncamı ətraflı...
11 İyun 2019, 08:06
“Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 İyun 2019, 08:06
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 İyun 2019, 08:06
“Məcburiköçkünlərvə onlarabərabərtutulan şəxslər üçünvahidaylıqmüavinətinmüəyyənedilməsihaqqında” AzərbaycanRespublikası Prezidentinin 2017-ciil 23 yanvartarixli 1206 nömrəliFərmanındadəyişiklikedilməsibarədə AzərbaycanRespublikası PrezidentininFərmanı ətraflı...
11 İyun 2019, 08:06
Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 İyun 2019, 08:06
“Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun tətbiqi və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 İyun 2019, 08:06
Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 İyun 2019, 08:06
Z.Ə.Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 İyun 2019, 08:06
Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 İyun 2019, 08:06
“Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...