“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1499-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un 5-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsinlər.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2019-cu il.
14 Mart 2019, 08:0314 Noyabr 2017, 10:11
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
N.R.Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına ətraflı...
8 Noyabr 2017, 10:11
О присвоении почетных званий работникам нефтяной промышленности в Азербайджанской Республике ətraflı...
8 Noyabr 2017, 10:11
О награждении работников нефтяной промышленности в Азербайджанской Республике ətraflı...