"Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 172
Bakı şəhəri, 30 may 2014-cü il
"Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmişdir
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19-cu maddəsinə əsasən hazırlanmışdır və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hüquqi aktlarının layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ola bilərlər.
1.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə həmin hüquqi aktların layihələrinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədi ilə aidiyyəti orqanların səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə yığıncaqların keçirilməsidir.
1.4. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hüquqi aktlarının layihələrinə dair ictimai müzakirə həmin orqanlar tərəfindən ictimai əhəmiyyətli hüquqi aktların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə yığıncaqların keçirilməsidir.
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili
2.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hüquq xidmətlərinin iştirakı ilə həmin layihələri hazırlayan müvafiq struktur bölmələri tərəfindən təşkil edilir.
2.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün:
2.2.1. hər biri özünün rəsmi internet səhifəsində xüsusi bölmə ayırır və həmin səhifədə "elektron hökumət" portalına keçidi təmin edir;
2.2.2. mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində və "elektron hökumət" portalında yerləşdirir;
2.2.3. yerli icra hakimiyyəti orqanı hazırladığı normativ xarakterli aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirir;
2.2.4. vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, yuxarı icra orqanı tərəfindən normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 10 gün müddətində həmin orqanların rəsmi internet səhifəsinin xüsusi bölmələrində qalmasını təmin edirlər;
2.2.5. mərkəzi icra hakimiyyəti orqanının rəsmi internet səhifəsinin xüsusi bölməsində normativ hüquqi aktın layihəsi ilə birlikdə layihənin Azərbaycan Respublikası Prezidentinin hansı aktının icrası məqsədi ilə qəbul olunduğu, ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirirlər;
2.2.6. yerli icra hakimiyyəti orqanının rəsmi internet səhifəsinin xüsusi bölməsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ hüquqi akt əsasında qəbul olunması və həmin normativ hüquqi aktın müvafiq norması, ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları yerləşdirirlər;
2.2.7. vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi akt layihəsinə dair verdikləri rəy, irad və təkliflərin özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində saxlanılmasını təmin edir və digər istifadəçilərə bu rəy, irad və təkliflərlə tanış olmaq imkanını yaradırlar;
2.2.8. layihələrə dair təqdim olunmuş rəy, irad və təkliflərə baxılmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır, rəy, irad və təkliflər nəzərə alınmaqla layihədə dəyişikliklər edildiyi halda layihənin yenilənmiş mətnini həmin orqanların rəsmi internet səhifəsində yerləşdirirlər;
2.2.9. ictimai dinləmə və ictimai müzakirədə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmini məqsədi ilə ictimai dinləmə və ictimai müzakirənin keçirilmə vaxtı və yeri barədə onlara rəsmi bildiriş göndərirlər.
2.3. İctimai dinləmə və ya ictimai müzakirəyə çıxarılan hüquqi aktın layihəsinə onun qəbul olunması zərurətinin əsaslandırılması, hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi əlavə edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək hüquqi aktların layihələri dövlət büdcəsinin vəsaitindən istifadəni nəzərdə tutarsa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə ekspertizasının rəyi də (əldə olunduqdan sonra) əlavə edilməlidir.
2.4. İctimai dinləmə və ictimai müzakirələrə bu sahədə fəaliyyət göstərən ekspertlərin və mütəxəssislərin cəlb edilməsi təmin olunmalıdır.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
3.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinin ictimai dinləmə və ictimai müzakirəsi açıq keçirilir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaş və vətəndaş cəmiyyəti institutları ictimai dinləmə və ictimai müzakirələrdə iştirak edə və müzakirə olunan məsələ barədə öz mülahizələrini bildirə bilərlər.
3.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrin keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi cəhətdən əsaslandırılmamış rəy, irad və təkliflərinə baxılmır.
3.3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrin keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər tərəfindən verilmiş aşağıdakı rəy, irad və təkliflər nəzərə alınmır:
3.3.1. daha üstün hüquqi qüvvəyə malik hüquqi aktlarla ziddiyyət təşkil edən rəy, irad və təkliflər;
3.3.2. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş normayaratma fəaliyyətinin əsas prinsiplərinə zidd olan rəy, irad və təkliflər;
3.3.3. hüquqi aktın layihəsində sui-istifadə amilləri yaradacaq rəy, irad və təkliflər;
3.3.4. çoxun azı ehtiva etməsi prinsipi nəzərə alınaraq, yalnız müəyyən mənafelər qrupunun maraqlarını müdafiə edən rəy, irad və təkliflər;
3.3.5. hüquqi tənzimləmə dairəsinə aid olmayan rəy, irad və təkliflər;
3.3.6. verilən rəy, irad və təkliflərdə göstərilən fikirləri tam əhatə edən qanunvericilik normaları mövcud olduqda.
3.4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə zamanı verilmiş təkliflərə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Müvafiq fikir, rəy və təkliflər bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş tələblərlə ziddiyyət təşkil etmədiyi və iqtisadi, maliyyə, sosioloji, ekoloji və sair zəruri hallar baxımından məqsədəuyğun hesab edildiyi halda layihədə nəzərə alınır.
3.5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə zamanı verilmiş müvafiq rəy və təkliflər bu Qaydanın 3.3-cü bəndinə əsasən məqsədəuyğun hesab edilmədikdə, rəy və təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab göndərilir və ya şəxsən təqdim olunur.
3.6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi üzrə digər məsələlər Qanunun 13-cü və 14-cü maddələri ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilir.
4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin yekun sənədi
4.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında qəbul edilir.
4.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir.
4.3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin yekun sənədləri Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili və keçirilməsi
5.1. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili, keçirilməsi və yekun sənədinin qəbul edilməsi bu Qaydanın 5.2-ci bəndində göstərilən xüsusiyyətlər nəzərə alınmaqla, 2-ci - 4-cü hissələrinə uyğun həyata keçirilir.
5.2. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı aşağıdakı xüsusiyyətlər nəzərə alınır:
5.2.1. həmin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrdə müvafiq bələdiyyə ərazisində yaşayan və ya fəaliyyət göstərən vətəndaşlar və vətəndaş cəmiyyəti institutları iştirak edə bilərlər;
5.2.2. həmin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə yerli özünüidarəetmə orqanlarının hüquq məsələləri daimi komissiyasının iştirakı ilə həmin layihələri hazırlayan müvafiq komissiyalar tərəfindən təşkil edilir.
5.2.3. yerli özünüidarəetmə orqanlarının hüquq məsələləri daimi komissiyası və ya bələdiyyə sədrinin müəyyən etdiyi bələdiyyə üzvü və ya qulluqçusu hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə bu Qaydanın 2.2.1-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.6 - 2.2.9-cu yarımbəndləri ilə müəyyən edilmiş tədbirləri həyata keçirir.
5.3. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyәt elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək məqsədi daşıyan layihələr ictimai dinləməyə və ictimai müzakirəyə çıxarıla bilməz.
10 İyun 2014, 16:06
18 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2022, 15:08
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2022, 16:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2022, 16:08
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Avqust 2022, 16:08
Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...