AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illiyi tamam olur.“Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında 1929-cu ildə ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayan, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılan bu mötəbər elmi mərkəz Azərbaycanda neft emalı və neft kimyası sahəsində fundamental tədqiqatları ilə tanınmış və ötən müddət ərzində mühüm nailiyyətlər qazanmışdır. İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyətli rol oynaması, eyni zamanda, institut alimlərinin təqdirəlayiq əməyi ilə bağlıdır. İnstitutda işlənib hazırlanan yeni üsul və texnologiyalar, aparılan yüksək səviyyəli tədqiqatların nəticələri və ali dövlət mükafatlarına layiq görülən ixtiralar sənayedə özünün geniş tətbiqini tapmışdır. İnstitut əməkdaşlarının müvafiq elmi istiqamətlər üzrə tədqiqatları xarici ölkələrin ən sanballı elmi nəşrlərində əks etdirilmişdir. İnstitutun hazırladığı yüksəkixtisaslı kadrlar respublikada və onun hüdudlarından kənarda bu gün də uğurla çalışmaqdadırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun ölkədə neft-kimya elmlərinin və neft sənayesinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il.

12 Mart 2019, 08:03

http://www.azertag.az

7611—7620 / 10511

8 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında   ətraflı...

7 Dekabr 2015, 09:12

Dini ekstremizmə qarşı mübarizə haqqında   ətraflı...

7 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında   ətraflı...

7 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 32-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 31-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

7 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...