"İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindənseçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 171
Bakı şəhəri, 30 may 2014-cü il
"İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindənseçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında
"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmişdir
İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir.
1.2. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü ola bilər.
1.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər.
1.4. İctimai şuranın səlahiyyət müddəti iki ildir.
1.5. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ictimai şuranın sərbəst və bütün tərəflərə bərabər münasibət göstərməklə formalaşdırılması üçün tam şərait yaratmalıdırlar.
2. İctimai şuraya seçkilərin təşkili
2.1. Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, ictimai şuralar vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməlidir.
2.2. İctimai şuralara seçkilərin təşkili həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.
2.3. İctimai şuralara seçkilərin təşkili məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılır.
2.4. Seçki komissiyalarının tərkibi mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv (mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri) olmaqla təşkil edilir.
2.5. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları tərəfindən müəyyən edilir.
2.6. Seçki komissiyalarının fəaliyyəti yalnız ictimai şuralara seçkilərin təşkili və ictimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi ilə məhdudlaşır.
2.7. İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Seçki komissiyalarının üzvləri bu səsvermədə iştirak edə bilməzlər.
2.8. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edirlər.
2.9. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz.
2.10. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
2.11. Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
2.11.1. şəxsiyyət vəsiqəsinin surətini;
2.11.2. namizədin tərcümeyi-halını;
2.11.3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.
2.12. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
2.13. İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.14. Yalnız bu Əsasnamənin 1.2-ci, 1.3-cü və 2.12-ci bəndlərində göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina edilir.
2.15. Şəxsin namizədliyi qeydiyyata alınmadıqda, onun elektron ünvanına səbəbləri göstərilməklə imtina barədə dərhal bildiriş göndərilməli və ya şəxsən təqdim edilməlidir.
2.16. İctimai şuraya namizədliyi qeydiyyata alınmamış şəxs bundan müvafiq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına müraciət etmək və (və ya) məhkəməyə şikayət vermək hüququna malikdir.
2.17. İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir.
2.18. Seçki komissiyası rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin siyahısını elan edir.
2.19. Seçki komissiyası namizədliyi qeydə alınmış şəxslərə bərabər imkanlar yaratmaqla, rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) namizədlərin özləri barədə əlavə məlumat vermələrinə şərait yaradır, həmçinin rəsmi internet səhifəsində onlar barədə məlumat verən səhifələrə keçidi təmin edir.
2.20. Namizədliyi qeydə alınmış şəxslər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya bilərlər.
2.21. İctimai şuraya seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) elan edilir.
2.22. İctimai şuranın səlahiyyət müddətinin başa çatmasına iki ay qalmış yeni ictimai şuranın formalaşdırılması məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) növbəti seçki barədə məlumat verilir və ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtı elan edilir.
2.23. İctimai şuranın səlahiyyətləri yeni seçilmiş ictimai şuranın ilk iclas günü başa çatır.
3. İctimai şuralara seçkilərin keçirilməsi
3.1. Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.
3.2. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.
3.3. Seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını aparır.
3.4. Birgə yığıncaq zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə seçki komissiyası tərəfindən hazırlanmış və namizədlərin adı qeyd olunmuş seçki vərəqələri (seçki bülleteni) paylanılır.
3.5. Birgə yığıncağın keçirildiyi otağın mərkəzində, hamının sərbəst görə biləcəyi yerdə seçki qutusu qoyulur.
3.6. Birgə yığıncaqda iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs verirlər.
3.7. Səsvermə təmsilçilərin seçki vərəqəsində lehinə səs verəcəkləri namizədlərin soyadından sağdakı xanalarda işarə qoyub həmin vərəqəni seçki qutusuna atmaları ilə həyata keçirilir.
3.8. İşarə qoyulmuş xanaların sayı ictimai şura üzvlərinin say həddindən çoxdursa və ya boş xanalarda heç bir işarə qoyulmamışdırsa, seçki vərəqəsi etibarsız sayılır.
3.9. Birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.
3.10. İctimai şuraya seçilmək üçün yetərli səs toplamış namizədlərin sayı fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddindən az olduqda, üç gün müddətində boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilir. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər boş qalmış yerlərə seçilmiş hesab olunurlar.
3.11. Səsvermə prosesi başa çatdıqdan sonra birgə yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının üzvləri tərəfindən seçki qutuları açılır və seçki vərəqələri sayılır.
3.12. Seçkilərin nəticələri seçkilər keçirilən gün elan edilir və seçki komissiyası tərəfindən nəticələrə dair protokol tərtib olunur.
3.13. İctimai şuraya seçilməmiş namizədlərin seçkilərin nəticəsi və ya keçirilmə prosesi ilə bağlı iradları olarsa, bu barədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına müraciət edə və (və ya) məhkəməyə şikayət verə bilərlər.
3.14. Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən iyirmi gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.
4. Yekun müddəalar
4.1. İctimai şuraya seçilmiş namizədlərə şuraya üzvlüyü təsdiq edən vəsiqələr verilir. İctimai şura üzvlərinin vəsiqələrinin forması mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təsdiq edilir.
4.2. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
4.3. Seçkilər nəticəsində formalaşdırılmış ictimai şuralar Qanunun 7-ci- 11-ci maddələri ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərirlər.
10 İyun 2014, 14:06
7 May 2018, 08:05
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2018, 08:05
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1053-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 May 2018, 08:05
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2018, 08:05
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1052-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 May 2018, 08:05
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2018, 08:05
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1051-VQD nömrəli Qanununun tətbiqi və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 May 2018, 08:05
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2018, 08:05
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1063-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 May 2018, 08:05
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2018, 08:05
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1050-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...