Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844; 2016, № 7, maddə 1264) ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3.-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Sistemin iştirakçıları aşağıdakılardır:

1.3.1. dövlət orqanları;

1.3.2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər;

1.3.3. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulan qurumlar. ”;

1.2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçotun aparılması nəzərdə tutulur.”;

1.3. 2.3-cü bəndə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri əlavə edilsin;

1.4. 5.1.1-ci yarımbəndə “xüsusi” sözündən sonra “texniki” sözü əlavə edilsin;

1.5. Əsasnaməyə əlavənin - “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il.

12 Mart 2019, 08:03

http://www.azertag.az

9341—9350 / 10511

5 Noyabr 2014, 09:11

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1043-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Noyabr 2014, 09:11

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1042 IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1028-IVQD nömrəli Qanununun tətbiqi və “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 17 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1041-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Noyabr 2014, 09:11

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Noyabr 2014, 09:11

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1036-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...