Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Beyləqanda mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Bayraq Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 78 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mərkəzi Rayon Xəstəxanasının, Mədəniyyət Sarayının binaları və 3000 yerlik Mərkəzi Stadion əsaslı təmir olunmuş, 16 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Beyləqan şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 2x25 MVA-lıq “Beyləqan-1” elektrik yarımstansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 14 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1970-ci illərdə inşa edilmiş köhnə yataqxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2019-cu il.
14 Fevral 2019, 08:0228 Mart 2018, 08:03
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1022-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Mart 2018, 08:03
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Mart 2018, 08:03
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
M.Q.Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2018, 08:03
O.S.Sultanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...