Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır.

Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Belə ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur.

Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı 2018-ci il 3-6 aprel tarixlərində ölkəmizdə keçirilmiş və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilmişdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcəkdir.

Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan XVIII Zirvə Görüşünün təşkili və ölkəmizin Hərəkata sədrliyi ilə bağlı məsələlərin həlli məqsədilə qərara alıram:

1. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.

2. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratsın və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il.

12 Fevral 2019, 08:02

http://www.azertag.az

9981—9990 / 10511

30 May 2014, 09:05

Azərbaycan Respublikasında 2014-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə   ətraflı...

30 May 2014, 09:05

Mərkəzi Seçki Komissiyasının 12 noyabr 2013-cü il tarixli İclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

30 May 2014, 09:05

Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

30 May 2014, 09:05

Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

29 May 2014, 09:05

2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

27 May 2014, 17:05

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...