Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nda dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 870; 2010, № 4, maddə 291) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “olan” sözü “yaradılan” sözü ilə əvəz edilsin.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələri, mərkəzi icra hakimiyyəti orqanının yanında, tabeliyində olan orqanlar.”.

3. Aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, mərkəzi icra hakimiyyəti orqanının yanında, tabeliyində olan orqanların yerli bölmələri.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2019-cu il.

28 Yanvar 2019, 08:01

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...