Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur.
Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qazandığı nailiyyətlərlə ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2019-cu il.
25 Yanvar 2019, 08:019 Oktyabr 2014, 15:10
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji Axtarış Ekspedisiyasının Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə ətraflı...
9 Oktyabr 2014, 15:10
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
9 Oktyabr 2014, 09:10
Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
N.V.Veysovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
A.A.Məmmədovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ətraflı...
8 Oktyabr 2014, 09:10
Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
3 Oktyabr 2014, 09:10
Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə ətraflı...
3 Oktyabr 2014, 09:10
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka ətraflı...
2 Oktyabr 2014, 09:10
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ətraflı...