Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur.
Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qazandığı nailiyyətlərlə ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2019-cu il.
25 Yanvar 2019, 08:0124 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
Vahid Balami oğlu İlyasovun müvəqqəti olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...