M.H.Abdullayevin xatirəsinin əbədiləşdirilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2003-cü il, № 6, maddə 315) «Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2003-cü il, № 139)
Relizin Tarixi: 19.06.2003M.H.Abdullayevin xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Hüseyn oğlu Abdullayevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Mikayıl Abdullayevin Fəxri xiyabanda qəbirüstü abidəsinin ucaldılmasını və yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsinin vurulmasını təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 19 iyun 2003-cü il.
№ 1252.
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2003-cü il, № 139) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2003-cü il, № 6, maddə 315) («LegalActs» LLC).
© LegalActs LLC