«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (28 fevral 1995-ci il, № 3—4, maddə 48)

Relizin Tarixi: 13.06.2008

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamə və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV

Bakı şəhəri, 29 noyabr 1994-cü il

№ 928

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (28 fevral 1995-ci il, № 3—4, maddə 48) («LegalActs» LLC).

26 iyun 1997-ci il tarixli, 357-IQD nömrəli; 14 noyabr 1997-ci il tarixli, 400-IQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 175-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 181-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 361-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 23 dekabr 2005-ci il tarixli, 32-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 171-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 168-IIIQD nömrəli; 22 dekabr 2006-cı il tarixli, 210-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 10 aprel 2007-ci il tarixli, 302-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 637-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Milli Məclisinin
1994-cü il 29 noyabr tarixli,
928 saylı qərarı ilə
təsdiq edilmişdir.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında
Əsasnamə

1. Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra—vətəndaş) pasport əsasında Azərbaycan Respublikasının sərhəd və gömrük nəzarət məntəqələrindən keçməklə ölkədən gedə bilər.

Beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda sərhəd nəzarət məntəqələrində vətəndaşdan xarici ölkəyə daxil olmaq üçün bu ölkənin rəsmiləşdirilmiş icazəsi—vizası tələb oluna bilər.

Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xaricə gedən hər bir vətəndaşa getdiyi ölkəyə daxil olmaq üçün ondan bu ölkənin rəsmiləşdirilmiş icazəsi—vizası tələb oluna biləcəyi, belə icazənin olmadığı halda isə onun bu ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edilməlidir.

2. Vətəndaş heç bir dövlət orqanı və ya vəzifəli şəxs tərəfindən ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

Vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə, yaxud vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmışsa, pasportu verən müvafiq dövlət orqanının səlahiyyətli şəxsinin qərarı ilə vətəndaşa pasport verilməsindən imtina edilməklə, onun ölkədən getmək və ölkəyə gəlmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verən hallar ona pasport verildikdən sonra əmələ gəlmişsə, vətəndaşın sərhəd nəzarət məntəqəsinin səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə ölkədən getməsi müvəqqəti məhdudlaşdırılır.

Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnu məhdudlaşdıran əsaslar Qanunla müəyyən edilmiş qaydada aradan qaldırıldıqdan sonra vətəndaş öz hüququnu həyata keçirə bilər.

3. Hər hansı bir ölkədə təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən münaqişələr yaranarsa, müvafiq icra hakimiyyəti orqanı kütləvi informasiya vasitələri ilə Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər.

4. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanı tərəfindən ümumvətəndaş pasportu verilməsi barədə vətəndaşın və ya onun qanuni nümayəndəsinin xüsusi forma üzrə ərizəsi (1 saylı Əlavə) və dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında verilir.

5. Vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanının məsul əməkdaşı ümumvətəndaş pasportunun verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə vətəndaşdan Qanunla müəyyən edilmiş sənədləri tələb etməlidir:

    • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ya Azərbaycan Respublikası vətəndaşında olan daxili SSRİ pasportu;
    • qan qrupu haqqında tibbi arayışı (Azərbaycan Respublikası vətəndaşının daxili SSRİ pasportunda qan qrupu haqqında məlumat olduqda və ya şəxsiyyət vəsiqəsi təqdim edildikdə, qan qrupu haqqında tibbi arayış tələb olunmur;
    • ümumvətəndaş pasportunu alan şəxs evlidirsə, nikah bağlanması haqqında şəhadətnaməni;
    • lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
    • lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicə edilməsinin vacibliyini, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyini və ya ölümünü təsdiq edən sənədləri.

Lazım olarsa, həmin əməkdaş Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini nəzərdən keçirir.

6. Vətəndaş ümumvətəndaş pasportu üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və başqa sənədlərlə birlikdə yaşadığı yerin xüsusi daxili işlər orqanına təqdim etməlidir.

Fotoşəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat ümumvətəndaş pasportunu verən xüsusi daxili işlər orqanının binasında görünən yerdə asılmalıdır.

7. Vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanının məsul əməkdaşı ümumvətəndaş pasportunun verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək, onları kompüterin sisteminə daxil edir və ərizədə göstərilən məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

8. Vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanı ümumvətəndaş pasportunun verilməsi barədə ərizəni fotoşəkillə birlikdə 3 gün ərzində xüsusi rabitə vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş ümumvətəndaş pasportunu dolduran regional mərkəzə göndərir.

9. 15 gün ərzində regional mərkəzdə xüsusi texniki vasitələrlə ümumvətəndaş pasportu fərdi olaraq doldurulur və onu almaq üçün müraciət etmiş şəxsə verilməsi üçün vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanına qaytarılır.

Vətəndaş və ya onun qanuni nümayəndəsi müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda isə beş iş günü müddətində vətəndaşın yaşadığı yerin xüsusi daxili işlər orqanının rəhbəri ümumvətəndaş pasportunun verilməsini təmin etməlidir və bunu etmədiyi halda məsuliyyət daşıyır.

10. Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun: valideynlərinin, ərinin, arvadının, uşaqlarının, doğma qardaş və bacılarının ağır xəstəliyi və ya ölümü və ya digər müstəsna hallar pasportun təcili olaraq verilməsi haqqında ərizələrin növbədənkənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərlə təsdiq olunmalıdır:

    • təcili olaraq müalicə üçün xaricə getmə zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
    • təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici tibb təşkilatının məktubu (eyni zamanda, xəstənin yaşayış yeri üzrə müalicə müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
    • qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xaricdən daxil olmuş və müvafiq qaydada təsdiq olunmuş teleqraf məlumatı.

Vətəndaş ərizəni və belə halları təsdiq edən sənədləri təqdim etdikdən sonra xüsusi daxili işlər orqanının rəhbəri bu Əsasnamənin 4—7-ci bəndlərində nəzərdə tutulmuş qaydalara uyğun olaraq vətəndaşa iki iş günü müddətində ümumvətəndaş pasportunun verilməsini təmin etməlidir və buna görə məsuliyyət daşıyır.

Ümumvətəndaş pasportu on illik müddətə verilir.

11. 18 yaşına çatmamış vətəndaş qanunla müəyyən edilmiş qaydada, bir qayda olaraq, ölkədən yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə və onların pasportlarına yazılmaqla və fotoşəkilləri yapışdırılıb möhürlə təsdiqlənməklə gedə bilər.

Müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşa onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında bu Əsasnamənin 4-7-ci bəndlərində nəzərdə tutulmuş qaydalara uyğun olaraq ümumvətəndaş pasportu verilir.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.

Nümunəsi Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilən bu sənəddə Azərbaycan Respublikasının adı, bu sənədin adı və təyinatı, seriyası və sayı, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, qan qrupu, boyu, gözlərinin rəngi, yaşayış yeri, sənədi verən orqanın adı, verilmə tarixi, sənədin etibarlıq müddəti, sənədi verən orqanın məsul işçisinin şəxsi imzası, vizalar və digər xüsusi qeydlər göstərilir və sənəd sahibinin fotoşəkli yapışdırılır.

12. Xidməti pasportlar bu Əsasnamənin 4—7-ci bəndlərində nəzərdə tutulmuş qaydalara uyğun olaraq müvafiq müəssisənin, idarənin, təşkilatın vəsatəti (3 saylı Əlavə) əsasında Qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi texniki vasitələrlə fərdi olaraq doldurulmaqla verilir.

13. Diplomatik pasportlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi texniki vasitələrlə fərdi olaraq doldurulmaqla, yalnız Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş hallarda verilir.

14. Xidməti və ya diplomatik pasport verilməsi əsası aradan qaldırıldıqda, əgər Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, pasportun sahibi, müvafiq müəssisə, idarə, təşkilat rəhbəri həmin pasportu müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya bu mümkün olmadıqda həmin nazirliyə məlumat verməlidirlər.

15. Tiplərindən asılı olmayaraq, pasportdakı və uşaq səyahətnaməsindəki yazılar latın qrafikası ilə Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində vahid nümunə əsasında hazırlanır. Onun ayrıca vərəqələrində xüsusi bölmələrin adlarının rus, fransız, alman, ispan, ərəb və cin dillərinə tərcüməsi verilir.

16. Vətəndaş ümumvətəndaş pasportu ilə xarici ölkəyə gedərkən ondan viza tələb olunarsa, o, belə vizanı almaq üçün həmin ölkənin müvafiq diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Xarici ölkədən Azərbaycan Respublikasına qayıtmaq üçün vətəndaşdan viza tələb olunmamalıdır.

17. Xidməti və diplomatik pasportlarla xaricə gedən şəxslər üçün xarici dövlətlərin vizaları müvafiq icra hakimiyyəti orqanının konsulluq idarəsinin notaları əsasında həmin ölkənin səfirliyindən və ya konsulluğundan alınır.

18. Daimi yaşayış üçün ölkədən gedən hər bir vətəndaşa dövlət sərhədini keçərkən sərhəd nəzarət məntəqəsinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən izah olunmalıdır ki, o, Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınmalı və onun pasportunda müvafiq qeyd edilməlidir.

19. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra əcnəbilər) Azərbaycan Respublikasının sərhəd və gömrük nəzarət məntəqələrindən keçmək şərti ilə pasport və lazımi hallarda (beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda) rəsmiləşdirilmiş icazə—viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

20. Azərbaycan Respublikasına gələn əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməlidirlər. Turistlər, bir qayda olaraq, qeydiyyatdan keçmirlər.

21. Gəlişin məqsəd və müddəti göstərilməklə, əcnəbilərə giriş, qayıdış, tranzit və çıxış vizaları Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının xaricdəki səfirlikləri və konsulluqları vasitəsi ilə və ya bilavasitə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

22. Azərbaycan Respublikasına birdəfəlik giriş-çıxış üçün əcnəbilərə giriş vizası üç gündən üç ayadək müddətə verilir.

23. Azərbaycan Respublikasına çoxdəfəlik giriş-çıxış üçün xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və digər nümayəndəliklərində, konsulluqlarında və beynəlxalq təşkilatların nümayəndəliklərində işləməyə gələn əcnəbilərə və onların ailə üzvlərinə, eləcə də Azərbaycan Respublikasına təhsil almağa, ixtisasartırma kurslarında oxumağa gələn və ya Azərbaycan Respublikasının mənafeyi ilə bağlı olan hallarda siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər əcnəbilərə giriş vizası bir ildən iki ilədək müddətə verilir.

Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları Azərbaycan Respublikasına çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarını ikitərəfli sazişləri rəhbər tutaraq, yalnız müvafiq icra hakimiyyəti orqanının göstərişi əsasında verə bilərlər.

24. Müraciət etdikləri halda, şəxsi pasportu olan əcnəbilərə onlara verilmiş Azərbaycan Respublikasına birdəfəlik giriş-çıxış üçün giriş vizalarında göstərilmiş müddətdən əvvəl Azərbaycan Respublikasından gedərkən yenidən Azərbaycan Respublikasının ərazisinə bir ayadək müddətə gəlmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qayıdış vizası verilə bilər.

25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə yol verilən vizasız tranzit keçid halları istisna edilməklə, əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən dayanacaqsız və dayanacaqlı keçid üçün müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları bir və ya çoxdəfəlik tranzit vizası verə bilərlər. Belə vizada Azərbaycan Respublikasının ərazisini dayanacaqsız keçmək haqqında qeyd və möhür olmazsa, onun sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verilir.

26. Çıxış vizası Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəyə malik olan əcnəbilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

27. Bu Əsasnamənin 10-cu bəndində göstərilən əsasların mövcudluğu müəyyən olunarsa, həmin bənddə nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları viza verilməsi haqqında əcnəbilərin ərizələrinə 48 saat ərzində baxmalıdırlar.

28. Qanunun tələblərinə zidd olaraq, viza verilməsində süründürməçiliyə yol verilməsindən və ya ərizəyə baxmaqdan imtina edilməsindən, viza almaq üçün əcnəbidən nəzərdə tutulmayan sənədlər tələb edilməsindən və ya heç bir üzürlü səbəb olmadan viza verilməməsindən və ya sərhəd nəzarəti məntəqəsindən buraxılmamasından əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.

29. Azərbaycan Respublikasında qalmaq üçün əcnəbilər vizalarında göstərilən müddət qurtaranadək qabaqcadan onun uzadılması məsələsini həll etmədikləri halda çıxış vizasının vaxtının qurtardığı andan 48 saat ərzində Azərbaycan Respublikası ərazisini tərk etməlidirlər.

Bu tələbi yerinə yetirməyən şəxslərin müəyyən edilməsi və axtarışı, onların bu qanunsuz hərəkətlərinin səbəblərinin aydınlaşdırılması və nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq tədbir görülməsi, o cümlədən lazım olarsa, həmin şəxslərin məcburi qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılması (qovulması), müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

30. Azərbaycan Respublikasının ərazisindən çıxarılmış (qovulmuş) əcnəbilərin təkrarən Azərbaycan Respublikasına gəlməsinə yol verilmir.

31. «Ölkədən getmək və ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün Azərbaycan Respublikasında «getmə-gəlmə» idarələrarası kompüter əlaqəsi əsasında məlumat-axtarış sistemi yaradılır.

32. Məlumat-axtarış sisteminin Vahid Məlumat Bankının vaxtında aşağıdakı məlumatla təmin edilməsi:

a) dövlət sirri olan məlumatlar üzrə öhdəliyi qüvvədə olan vətəndaşlar haqqında—müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarının;

b) Azərbaycan Respublikasının ərazisinə gəlmiş, getmiş və Azərbaycan Respublikasından çıxarılmış (qovulmuş) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında—müvafiq icra hakimiyyəti orqanının;

v) hərbi xidmət keçən və ya qanuna uyğun olaraq hərbi xidmətdən azad edilmiş şəxslər haqqında—müvafiq icra hakimiyyəti orqanının;

q) Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağırılan şəxslər haqqında—müvafiq icra hakimiyyəti orqanının;

ğ) axtarışda olan şəxslər haqqında, barəsində cinayət işi qaldırılmış və məhkum edilmiş şəxslər haqqında; islah-əmək müəssisələrində cəza çəkən şəxslər haqqında; şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində azadlıqdan məhrumetmə hökmünün icrası təxirə salınmaqla, məhkum edilmiş şəxslər haqqında; islah işlərinə məhkum edilmiş şəxslər haqqında; barəsində inzibati nəzarət müəyyən edilmiş olan şəxslər haqqında; verilmiş ümumvətəndaş pasportları və uşaq səyahətnamələri haqqında; etibarsız hesab edilmiş ümumvətəndaş pasportları və uşaq səyahətnamələri haqqında; Azərbaycan Respublikasının ərazisində yaşamasına icazə verilmiş əcnəbilər haqqında—müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarının;

d) verilmiş xidməti və diplomatik pasportlar haqqında; etibarsız hesab edilmiş xidməti və diplomatik pasportlar haqqında— müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.

33. Məlumat-axtarış sistemi üçün məlumatlar hər 10 gündən gec olmayaraq, Vahid Məlumat Bankına yuxarıda göstərilmiş dövlət orqanları tərəfindən təqdim edilməlidir. Həmin məlumatların vaxtında və düzgün verilməsinə bu orqanların xüsusi bölmələrinin rəhbərləri məsuliyyət daşıyırlar.

34. Pasportların (uşaq səyahətnaməsinin) verilməsi haqqında qərar, ölkədən getmək və ya ölkəyə gəlmək üçün icazələr məlumat-axtarış sisteminin məlumatlarına əsasən, müvafiq olaraq pasportu (uşaq səyahətnaməsini) verən orqan və ya sərhəd nəzarət məntəqəsi tərəfindən verilir.

35. Qanunun tələblərinə zidd olaraq, pasport (uşaq səyahətnaməsi) verilməsindən imtina edilməsi, pasport (uşaq səyahətnaməsi) verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsi və ya pasportun (uşaq səyahətnaməsinin) verilməsində və yaxud dəyişdirilməsində süründürməçiliyə yol verilməsi, üzürlü səbəb olmadan pasportun (uşaq səyahətnaməsinin) verilməməsi və ya vətəndaşın sərhəd nəzarəti məntəqəsindən buraxılmaması, habelə pasportun (uşaq səyahətnaməsinin) itirilməsi, qəsdən korlanması, oğurlanması, qanunsuz hazırlanması, saxtalaşdırılması, satılması və ya ondan qanunsuz istifadə olunması üstündə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnaməyə
1 saylı əlavə

Ümumvətəndaş pasportunun verilməsi haqqında
Ərizə-Anket

I. Vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:

1. Pasport sahibinin:

1.1. Soyadı (habelə əvvəlki soyadı) 1.2. Adı 1.3. Atasının adı
1.4. Doğulduğu yer 1.5. Doğulduğu tarix 1.6. Cinsi
1.7. Qan qrupu 1.8. Boyu 1.9. Gözlərinin rəngi

1.10. Yaşayış yeri

1.11. Şəxsi imzası

3.12. 18 yaşına çatmamış uşağı varsa onun:

Soyadı və adı

Doğulduğu tarix

Cinsi

2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilirsə onun:

2.1. Soyadı

2.2. Adı

2.3. Atasının adı

2.4. Yaşadığı yer

3. Ərizəçinin xüsusi qeydi

4. Ərizəçinin imzası

5. Tarix

II. Ümumvətəndaş pasportunu verən xüsusi daxili işlər orqanı tərəfindən doldurulan hissə:

a) xüsusi daxili işlər orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

6. Xüsusi daxili işlər orqanının adı

7. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədlərin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

8.1. Şəxsiyyət vəsiqəsi

8.2. Nikah bağlanması haqqında şəhadətnamə

8.3. Tibbi arayış

8.4. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd:

8.5. Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin səfəri təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd:

8.6. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri:

9. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:

10. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

11. Məlumatları yoxlamış məsul işçinin:

11.1. Soyadı, adı, atasının adı 11.2. Vəzifəsi 11.3. Şəxsi imzası 11.4. Möhür

b) Ümumvətəndaş pasportunun doldurulması ilə əlaqədar qeydlər:

12. Pasportu dolduran regional mərkəzin adı 13. Sənədlərin göndərildiyi tarix 14. Doldurulmuş pasportun daxil olduğu tarix

v) Ümumvətəndaş pasportunun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

15. Pasportun verildiyi tarix

16. Ərizəçinin şəxsi imzası

17. Xüsusi qeydlər:


«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnaməyə
2 saylı əlavə

Uşaq səyahətnaməsinin verilməsi haqqında təşkilatın
Vəsatəti

I. Vəsatətçi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq uşaq səyahətnaməsi verilməsini xahiş edirəm:

1. Səyahətnamə sahibinin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Qan qrupu

1.8. Boyu

1.9. Gözlərinin rəngi

1.10. Yaşayış yeri:

2. Uşağın valideynlərinin (atasının, anasının) və ya qanuni nümayəndəsinin:

2.1. Soyadı, adı, atasının adı 2.2. Yaşadığı yer 2.3. Vəsatətlə razılığı təsdiq etmə barədə şəxsi imza

3. Vəsatətin verilməsinə əsas

4. Vəsatət qaldıran təşkilatın:

4.1. Adı

4.2. Ünvanı

4.3. Rəhbərinin soyadı, adı, atasının adı

4.4. Rəhbərinin şəxsi imzası 4.5. Möhürü 4.6. Vəsatətin tarixi 4.7. Xüsusi qeydi

II. Uşaq səyahətnaməsini verən xüsusi daxili işlər orqanı tərəfindən doldurulan hissə:

a) Xüsusi daxili işlər orqanı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

5. Xüsusi daxili işlər orqanının adı 6. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

7. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədlərin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

7.1. Doğum haqqında şəhadətnamə (16 yaşa çatmış vətəndaşın şəxsiyyət vəsiqəsi)

7.2. Tibbi arayış

7.3. Uşağın valideynlərinin (atasının, anasının) və ya qanuni nümayəndəsinin şəxsiyyət vəsiqələri

7.4. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri:

8. Uşaq haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd: 9. Uşağın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

10. Məlumatları yoxlamış məsul işçinin:

10.1. Soyadı, adı, atasının adı

10.2. Vəzifəsi

10.3. Şəxsi imzası

b) Uşaq səyahətnaməsinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

11. Uşağın valideyninə və ya qanuni nümayəndəsinə uşaq səyahətnaməsinin verildiyi tarix 12. Uşaq səyahətnaməsinin alınması ilə əlaqədar valideynin və ya qanuni nümayəndənin şəxsi imzası

13. Xüsusi qeydlər:


«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnaməyə
3 saylı əlavə

Xidməti pasportun verilməsi haqqında müəssisənin (idarənin, təşkilatın) Vəsatəti

I. Müəssisə (idarə, təşkilat) tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq xidməti pasport verilməsini xahiş edirəm:

1. Pasport sahibinin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Qan qrupu

1.8. Boyu

1.9. Gözlərinin rəngi

1.10. Yaşayış yeri:

1.11. Vəzifəsi

1.12. Şəxsi imzası

1.13. 18 yaşına çatmamış uşağı varsa onun:

Soyadı və adı

Doğulduğu tarix

Cinsi

2. Müəssisənin (idarənin, təşkilatın):

2.1. Adı

2.2. Ünvanı

2.3. Rəhbərinin soyadı, adı, atasının adı

3. Vəsatətin verilməsinə əsas 4. Müəssisə, idarə, təşkilatın: 5. Vəsatətin tarixi
4.1. Rəhbərinin imzası:

4.2. Möhürü:

II Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən doldurulan hissə:

a) Xarici İşlər Nazirliyinin məsul əməkdaşı tərəfindən müəssisənin (idarənin, təşkilatın) vəsatətinin yoxlanılması ilə bağlı qeydlər:

6. Xarici İşlər Nazirliyi orqanının adı 7. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədlərin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

8.1. Şəxsiyyət vəsiqəsi

8.2. Nikah bağlanması haqqında şəhadətnamə

8.3. Tibbi arayış

8.4. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri

9. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd 10. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

11. Məlumatları yoxlamış məsul işçinin:

11.1. Soyadı, adı, atasının adı

11.2. Vəzifəsi

11.3. Şəxsi imzası

b) Xidməti pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

12. Pasportun verildiyi tarix

13. Pasportun alınması ilə əlaqədar onun sahibinin şəxsi imzası

14. Xüsusi qeydlər:


Azərbaycan Respublikası
Milli Məclisinin
1994-cü il 29 noyabr tarixli,
928 saylı qərarı ilə
təsdiq edilmişdir.

«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə

1. Azərbaycan Respublikasının 16 yaşına çatmamış hər bir vətəndaşı üçün şəxsiyyət vəsiqəsi Qanunla müəyyən edilmiş qaydada onun qanuni nümayəndəsi müraciət etdikdən sonra verilir.

2. Azərbaycan Respublikasının hər bir vətəndaşı 16 yaşına çatdıqdan sonra və ya Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay ərzində Qanunla müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi almalıdır.

3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşın yaşadığı yerin müvafiq dövlət orqanı (burada və bundan sonra «müvafiq dövlət orqanı» dedikdə, digər xüsusi qərar qəbul edilənədək «Ölkədən getmək, ölkəyə gəlmək, və pasportlar haqqında» və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə» Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun tarixli 818 saylı qərarının 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi orqanları başa düşülməlidir) tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»yə 1 və 2 saylı Əlavələrdə forması nəzərdə tutulmuş müvafiq ərizə-anket və dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında verilir.

4. 16 yaşına çatmış vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə, bir qayda olaraq, valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır.

5. Müvafiq dövlət orqanının məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalıdır. Bu məqsədlə vətəndaşdan Qanunla müəyyən edilmiş sənədləri tələb etməlidir. Bu zaman o:

    • 16 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsini və qan qrupu haqqında tibbi arayışı;
    • 16 yaşına çatmış vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında hərbi bileti və ya təhkim şəhadətnaməsini (25, 35 və 50 yaşa çatmaqla əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirildikdə, hərbi vəzifəsinə dair məlumatların düzgünlüyü müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin hərbi biletində müvafiq qeyd aparılmaqla təsdiq olunmalıdır);
    • şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah bağlanması haqqında şəhadətnaməni;
    • lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
    • lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini nəzərdən keçirir.

6. 16 yaşına çatmış vətəndaş öz şəxsiyyət vəsiqəsi üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və başqa sənədlərlə birlikdə müvafiq dövlət orqanına təqdim etməlidir.

Fotoşəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat şəxsiyyət vəsiqəsini verən müvafiq dövlət orqanının binasında görünən yerdə asılmalıdır.

7. Müvafiq dövlət orqanının məsul əməkdaşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək, onları kompüterin sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

8. Müvafiq dövlət orqanı şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizəni fotoşəkillə birlikdə 3 gün ərzində xüsusi rabitə vasitəsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzə göndərir.

9. 15 gün ərzində regional mərkəzdə xüsusi texniki vasitələrlə şəxsiyyət vəsiqəsi fərdi olaraq hazırlanır və onu almaq üçün müraciət etmiş şəxsə verilməsi üçün vətəndaşın yaşadığı yerin müvafiq dövlət orqanına qaytarılır.

Vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci bir ay keçənədək vətəndaşın yaşadığı yerin müvafiq dövlət orqanının rəhbəri şəxsiyyət vəsiqəsinin verilməsini təmin etməlidir və buna görə məsuliyyət daşıyır.

10. Vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı qeydlərin aparılması qadağandır.

11. Vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə, həmin vəziyyəti təsdiq edən sənəd təqdim edərək, müvafiq hal baş verəndən sonra bir ay ərzində şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

12. Şəxsiyyət vəsiqəsi dəyişdirildikdə, bu Əsasnamənin 3, 5—11-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün—şəxsiyyət vəsiqəsi; vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə—vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər, vətəndaşın yaşayış yeri dəyişdikdə—ev, mənzil barədə müvafiq sənədlər, hərbi vəzifəsi dəyişdikdə—hərbi bilet və ya təhkim şəhadətnaməsi bu Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.

13. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, dərhal şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət orqanına yazılı məlumat verməlidir.

14. Şəxsiyyət vəsiqəsinin itirildiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət, vəsiqəsini vətəndaş dərhal şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət orqanına təhvil verməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə itirilmiş şəxsiyyət vəsiqəsi etibarsız hesab edilərək müəyyən edilmiş qaydada yeni şəxsiyyət vəsiqəsi verilir.

Tapılmış şəxsiyyət vəsiqəsi polis orqanları tərəfindən şəxsiyyət vəsiqəsi verən müvafiq dövlət orqanına təhvil verilməlidir.

15. Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına müraciət etməlidir.

Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas götürülür.

16. Vətəndaş yaşadığı yerin müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alınır. Qeydiyyata alınma qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

17. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa şəxsiyyət vəsiqəsi verilməsi üçün sənədlər onun qohumları və ya qəyyumları tərəfindən təqdim edilir. Əgər bu cür şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun şəxsiyyət vəsiqəsi yoxdursa, onda şəxsiyyət vəsiqəsi belə şəxsə həmin müəssisədən çıxdıqdan sonra verilir.

18. Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, hərbi tədris müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti tərəfindən müvafiq olaraq çağırışçıdan (kursantdan) şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. Həmin vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etmədikdə, ona təklif edilir ki, şəxsiyyət vəsiqəsinin olmamasının səbəbləri və ya şəxsiyyət vəsiqəsinin harada olması haqqında ərizə yazsın.

19. Şəxsiyyət vəsiqəsini geri alarkən, hərbi vəzifəlilər, hərbi biletdə onun qeydiyyatda olması barədə qeydi müvafiq dövlət orqanının məsul əməkdaşına təqdim etməlidirlər.

20. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsiyyət vəsiqəsinin vətəndaşdan alınması və girov götürülməsi qəti qadağandır.

21. Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlıqdan məhrum edilməyə məhkum olunmuş, yaxud əməyə mütləq cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti məhkum olunmuş vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və məhkəmə qərarlarını icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir.

22. Müvəqqəti alınmış şəxsiyyət vəsiqəsi, haqqında cinayət işinin icraatına xitam verilmiş vətəndaşlara məhkəmə və ya istintaq orqanları tərəfindən, cəzasını çəkib qurtarmış və ya cəzadan azad edilmiş vətəndaşlara isə müvafiq olaraq məhkəmə və ya məhkəmə qərarlarını icra edən orqanlar tərəfindən dərhal qaytarılır.

23. Qanunun tələblərinə zidd olaraq, şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsi və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsi, habelə şəxsiyyət vəsiqəsinin itirilməsi, qəsdən korlanması, oğurlanması, qanunsuz hazırlanması, saxtalaşdırılması, satılması və ya ondan qanunsuz istifadə olunması üstündə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

24. 1996-cı il dekabrın 31-dək Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə zidd olmayan qaydalar və növbəlilik müəyyən edə bilər.


«Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnaməyə
1 saylı əlavə

Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında
Ərizə-Anket

I. Vətəndaşın valideyni və ya qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:

1. Şəxsiyyət vəsiqəsi sahibinin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının soyadı və adı

1.4. Anasının soyadı və adı

1.5. Doğulduğu yer

1.6. Doğulduğu tarix

1.7. Cinsi

1.8. Qan qrupu

1.9. Boyu

1.10. Gözlərinin rəngi

1.11. Yaşayış yeri:

2. Ərizəçinin:

2.1. Soyadı 2.2. Adı 2.3. Atasının adı 2.4. 16 yaşa çatmamış vətəndaşa aidiyyəti 2.5. Yaşadığı yer

3. Ərizəçinin xüsusi qeydi

4. Ərizəçinin imzası

5. Tarix

II. Şəxsiyyət vəsiqəsini verən müvafiq dövlət orqanı tərəfindən doldurulan hissə:

a) Müvafiq dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın valideyninin və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

6. Müvafiq dövlət orqanının adı

7. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədlərin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

8.1. Doğum haqqında şəhadətnamə

8.2. Tibbi arayış

8.3. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd

9. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

10. Məlumatları yoxlamış məsul işçinin:

10.1. Soyadı, adı, atasının adı 10.2. Vəzifəsi 10.3. Şəxsi imzası 10.4. Möhür

b) Şəxsiyyət vəsiqəsinin hazırlanması ilə əlaqədar qeydlər:

11. Şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzin adı 12. Sənədlərin göndərildiyi tarix 13. Hazırlanmış şəxsiyyət vəsiqəsinin daxil olduğu tarix

v) Şəxsiyyət vəsiqəsinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

14. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix

15. Ərizəçinin şəxsi imzası

16. Xüsusi qeydlər:


«Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnaməyə
2 saylı əlavə

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket

I. Vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:

1. Şəxsiyyət vəsiqəsi sahibinin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Qan qrupu

1.8. Boyu

1.9. Gözlərinin rəngi

1.10. Hərbi vəzifəsi

1.11. Yaşayış yeri

1.12. Şəxsi imzası

2. Şəxsiyyət vəsiqəsi sahibinin ailə vəziyyəti—subay: hə—yox; uşağı varsa, onun:

Soyadı və adı

Doğulduğu tarix

Cinsi

3. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilirsə onun:

3.1. Soyadı

3.2. Adı

3.3. Atasının adı

3.4. Yaşadığı yer

4. Ərizəçinin xüsusi qeydi

5. Ərizəçinin imzası

6. Tarix

II. Şəxsiyyət vəsiqəsini verən müvafiq dövlət orqanı tərəfindən doldurulan hissə:

a) Müvafiq dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

7. Müvafiq dövlət orqanının adı

8. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

9. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədlərin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

9.1. Doğum haqqında şəhadətnamə (16 yaşına çatmamış vətəndaşın şəxsiyyət vəsiqəsi)

9.2. Nikah bağlanması haqqında şəhadətnamə

9.3. Tibbi arayış

9.4. Hərbi bilet və ya təhkim şəhadətnaməsi

9.5. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd

9.6. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri

10. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd 11. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd

12. Məlumatları yoxlamış məsul işçinin:

12.1. Soyadı, adı, atasının adı

12.2. Vəzifəsi

12.3. Şəxsi imzası

12.4. Möhür

b) Şəxsiyyət vəsiqəsinin hazırlanması ilə əlaqədar qeydlər:

13. Şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzin adı 14. Sənədlərin göndərildiyi tarix 15. Hazırlanmış şəxsiyyət vəsiqəsinin daxil olduğu tarix

v) Şəxsiyyət vəsiqəsinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

16. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix

17. Ərizəçinin şəxsi imzası

18. Xüsusi qeydlər:


© LegalActs LLC