Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri haqqında


Relizin Tarixi: 30.01.2003

Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri haqqında

Qərar № 12

Bakı şəhəri, 30 yanvar 2003-cü il

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademiyasının İ.Qubkin adına Geologiya İnstitutunun və Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu;

Genetika və Seleksiya İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu yaradılsın.

2. Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 75) («LegalActs» LLC).

© LegalActs LLC