Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının açılması haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 184)

Relizin Tarixi: 13.03.1998

Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının açılması haqqında

Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının açılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını daha mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədi ilə qərara alıram:

1. Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialı açılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 mart 1998-ci il

№ 762

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 184) («LegalActs» LLC).

© LegalActs LLC