Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlər üçün qida normalarının təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 67)

Relizin Tarixi: 02.05.2006

Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlər üçün qida normalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlər üçün qida normalarının təsdiq edilməsi haqqında

Qərar № 4

Bakı şəhəri, 9 yanvar 2003-cü il

Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlərin təlim-məşq prosesinin spesifik xüsusiyyətlərini nəzərə alaraq onların xüsusi qida məhsulları ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlər üçün qida normaları təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın icrası ilə bağlı tələb olunan xərclər dövlət büdcəsinin «Təhsil xərcləri» bölməsində Gənclər və İdman Nazirliyinə nəzərdə tutulmuş vəsait dairəsində ödənilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 67) («LegalActs» LLC).

2 may 2006-cı il tarixli, 119 nömrəli qərara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 9 yanvar tarixli,
4 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Respublika Olimpiya İdman Litseyində təhsil alan idmançı-şagirdlər üçün qida normaları (sutka ərzində 1 idmançı-şagirdə qramla)

Sıra №-si

Ərzaq məhsullarının adı

V—VI siniflər üzrə

VII—VIII siniflər üzrə

IX—XI siniflər üzrə

1

2

3

4

5

1.

I növ buğda çörəyi

210

290

405

2.

II növ buğda çörəyi

90

155

190

3.

I növ buğda unu

7

12

17

4.

Kartof unu

3

3

3

5.

Makaron məmulatı

18

27

40

6.

Yarma

47

65

95

7.

Paxla məmulatı

2

3

4

8.

Şəkər

90

108

132

9.

Qənnadı məmulatı

38

50

75

10.

Kərə yağı

35

52

76

11.

Bitki yağı

17

26

38

12.

Süd, süd məhsulları

555

615

655

13.

Xama

15

25

40

14.

Kəsmik

50

78

115

15.

Pendir

15

20

33

16.

Ət və ət məhsulları

285

428

610

17.

Balıq

47

72

105

18.

Yumurta

25

28

56

19.

Kartof

255

385

580

20.

Müxtəlif tərəvəzlər, tərəvəz konservləri

345

555

785

21.

Meyvələr, giləmeyvələr, şirələr

415

545

735

22.

Quru meyvələr

6

7

8

23.

Çay

0,3

0,3

0,3

24.

Qəhvə

0,7

0,7

0,7

25.

Kakao

0,9

0,9

0,9

26.

Ədviyyat

0,014

0,025

0,04

Kimyəvi tərkibi

1.

Zülallar

120,79

175,39

244,01

2.

Yağlar

119,72

167,84

241,01

3.

Karbohidratlar

439,54

617,29

804,46

4.

Kaloriliyi (kkal.ilə)

3203,5

4527,0

6161,9


© LegalActs LLC