Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1997-ci il, № 6, maddə 523)

Relizin Tarixi: 02.12.1997

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyətinin inkişafında, milli və dünya klassik musiqisinin təbliğində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rolunu nəzərə alaraq, onun maddi-texniki bazasını möhkəmləndirmək və işçilərinin sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin işçilərinin aylıq vəzifə maaşları 1998-ci il yanvarın 1-dən orta hesabla dörd dəfə artırılsın.

2. Azərbaycan Respublikasının 1998-ci il dövlət büdcəsindən orkestrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 500 milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 dekabr 1997-ci il

№ 701

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1997-ci il, № 6, maddə 523) («LegalActs» LLC).

21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur («LegalActs» LLC).

© LegalActs LLC