Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 436)

Relizin Tarixi: 24.11.1997

Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi haqqında

Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hal-hazırda «Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi» adlandırılan məktəb 1971-ci ildə təsis edilmişdir. O, Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və keçmiş Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək məqsədi ilə orta ixtisaslaşdırılmış məktəb kimi yaradılmışdı. Təsis edilən zaman ona «Respublika ixtisaslaşdırılmış internat məktəbi» adı verilmiş və həmin ildən etibarən məktəb general Cəmşid Naxçıvanski adını daşımışdır.

1976, 1978, 1981-ci illərdə respublikada məktəbin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi üzrə tədbirlər haqqında mühüm qərarlar qəbul edilmiş və həyata keçirilmişdir. 1991-ci ildə məktəbin əvvəlki adı onun fəaliyyət mahiyyətini düzgün əks etdirməyən qərarla dəyişdirilərək kobud səhvə yol verilmişdir.

Buraxılmış səhvi aradan qaldırmaq, peşəkar hərbi kadrların hazırlanması işini təkmilləşdirmək və məktəbin adını müasir standartlara uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi Cəmşid Naxçıvanski adına hərbi litsey adlandırılsın.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 noyabr 1997-ci il

№ 696

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 noyabr 1997-ci il, № 257) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 436) («LegalActs» LLC).

© LegalActs LLC