Böyük Qafqaz sıra dağlarındakı adsız yüksəkliyə «Olimpiya zirvəsi» adının verilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, № 7, maddə 513)
Relizin Tarixi: 17.07.2001
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Böyük Qafqaz sıra dağlarındakı adsız yüksəkliyə «Olimpiya zirvəsi» adının verilməsi haqqında
Qərar № 124
Bakı şəhəri, 17 iyul 2001-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan idmançılarının 2000-ci il Sidney Olimpiadasındakı müvəffəqiyyətləri şərəfinə keçirilmiş alpinist ekspedisiyası zamanı fəth olunmuş Böyük Qafqaz sıra dağlarının şərq silsiləsindəki Yatuxdərə və Şahnabad çaylarının üstündəki ŞE–41°12`13 ŞU-47°51`35 coğrafi koordinatlarda yerləşən H=3857m hündürlükdəki adsız yüksəkliyə «Olimpiya zirvəsi» adı verilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, № 7, maddə 513) («LegalActs» LLC).
© LegalActs LLC