V.F.Kazımovanın və Q.Ə.Orucovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 427).
Relizin Tarixi: 18.06.2001V.F.Kazımovanın və Q.Ə.Orucovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və «Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qərara alıram:
namizədliyi Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən irəli sürülmüş Validə Faiq qızı Kazımova və Qabil Əhməd oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 iyun 2001-ci il
№ 744
«Azərbaycan» qəzetində dərc edilmişdir (22 iyun 2001-ci il, № 139) ( «LegalActs» LLC).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 427) («LegalActs» LLC).
© LegalActs LLC