Azərbaycan Respublikasının Küveyt Dövlətindəki (Küveyt şəhərində) səfirliyinin fəaliyyətinin təşkilati təminatı haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 736)
Relizin Tarixi: 06.12.2002Azərbaycan Respublikasının Küveyt Dövlətindəki (Küveyt şəhərində) səfirliyinin fəaliyyətinin təşkilati təminatı haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki (Küveyt şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 3 gün müddətində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki (Küveyt şəhərində) səfirliyinin strukturunu və ştat cədvəlini təsdiq etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 10 gün müddətində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki (Küveyt şəhərində) səfirliyinin maddi-texniki təchizatı və maliyyələşdirilməsi məsələlərini həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 2002-ci il
№ 1103
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 736) («LegalActs» LLC).
© LegalActs LLC