«Özəlləşdirilən dövlət müəssisələrinin aqrar islahatı nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (1 noyabr 2002-ci il, № 252) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 606)

Relizin Tarixi: 31.10.2002

«Özəlləşdirilən dövlət müəssisələrinin aqrar islahatı nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında

«Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatı nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Özəlləşdirilən dövlət müəssisələrinin aqrar islahatı nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, Qanununun 2.2-ci maddəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Qanunun icrasını təmin edən tədbirlər həyata keçirsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

№ 810

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 noyabr 2002-ci il, № 252) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 606) («LegalActs» LLC).


© LegalActs LLC