Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
Relizin Tarixi: 17.10.2002
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
Qərar № 161
Bakı şəhəri, 17 oktyabr 2002-ci il
«Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı» təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 644) («LegalActs» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 17
oktyabr tarixli
161 nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən
xəstəliklərin
Siyahısı
1. Üzvi, o cümlədən simptomatik psixi pozuntular.
2. Şizofreniya, şizotip və sayıqlamalar.
3. Əhval-ruhiyyənin (affektiv) pozuntuları.
4. Təşviş, qorxu (fobiyalar).
5. Digər təşvişli pozuntular.
6. Obsessiv — kompulsiv pozuntular.
7. Dissosiativ (konversion) pozuntular.
8. Doğuşdan sonrakı psixoz.
9. Yetkin yaşlarda kamil şəxsiyyət və davranış pozuntuları.
10. Kəmağıllıq.
11. Psixoloji inkişafın pozuntuları.
12. Adətən uşaq və yeniyetmə yaşlarında başlayan davranış və emosiya pozuntuları.
13. Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.
14. Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.
15. Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.
16. Sedativ və yuxugətirici maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları.
17. Kokain qəbulu nəticəsində psixi və davranış pozuntuları.
18. Kofein daxil olmaqla digər stimulyatorların qəbulu nəticəsində psixi və davranış pozuntuları.
19. Hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.
20. Tütündən istifadə nəticəsində psixi və davranış pozuntuları.
21. Uçucu həlledicilərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.
22. Narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları.
© LegalActs LLC