«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Relizin Tarixi: 21.09.2015
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1997-ci il 1 yanvar tarixində qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsinə qədər:
- qüvvədə olan müvafiq qanunvericilik aktlarının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının
və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir;
2.1-1 «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (ikinci halda), dördüncü hissəsinin 1-ci bəndində və 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. «həmin Qanunun 3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində, 7-ci maddəsində,
11-ci maddəsinin ikinci (hər iki halda), üçüncü
hissələrində, altıncı hissəsinin birinci cümləsində və səkkizinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
2.2-1. həmin Qanunun 3-cü maddəsinin «Qeyd» hissəsinin birinci
və ikinci cümlələrində, 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci
halda) və üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həyata keçirir;
2.3. həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;
2.4. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;
2.5. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn digər məsələləri həmin Qanunun qüvvəyə minməsinə qədər həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 14 iyun 1996-cı il.
№ 493.
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 sentyabr 1996-cı il, № 182) («LegalActs» LLC).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 89) («LegalActs» LLC).
20 iyul 2009-cu il tarixli, 129 nömrəli; 13 sentyabr 2013-cü il tarixli, 975 nömrəli; 15 noyabr 2013-cü il tarixli, 21 nömrəli; 21 noyabr 2014-cü il tarixli, 366 nömrəli; 21 sentyabr 2015-ci il tarixli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC