«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə


Relizin Tarixi: 02.07.2002

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilsin:

1. «Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 84; 1993-cü il, № 7, maddə 173, № 15, maddələr 422, 437; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 148, № 11, maddə 683, № 12, maddə 731) 18-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

«Fövqəladə vəziyyətin elan edilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır».

2. «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 387, № 12, maddə 454, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683) 8-ci maddəsinin üçüncü hissəsində «sədr müavinləri və hakimləri,» sözlərindən sonra «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman),» sözləri əlavə edilsin.

3. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745) 21-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda «e)» bəndi əlavə edilsin:

«e) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).»

4. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453, maddə 494; 1998-ci il, № 1, maddə 10; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379; 2001-ci il, № 2, maddə 88, № 3, maddə 145, № 6, maddə 363) 17-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

«Vaxtından asılı olmayaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırki dövrdə müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.»

5. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 163; 2001-ci il № 3, maddələr 146, 147, № 11, maddələr 683, 694, № 12, maddə 745) 23-cü maddəsinə aşağıdakı məzmunda «a-1)» bəndi əlavə edilsin:

«a-1) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);»

6. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının dövlət gerbi haqqında» Əsasnamənin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 4, maddə 117) 4-cü maddəsinə aşağıdakı məzmunda «ə)» bəndi əlavə edilsin:

«ə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.»

7. «Hərbi vəziyyət haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 232; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444; 2001-ci il, № 11, maddə 683) aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:

«Maddə 16-1. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti

Hərbi vəziyyətin elan edilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.»

8. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 21, maddə 70; 2001-ci il № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində «Baş prokurora və onun müavinlərinə,» sözlərindən sonra «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),» sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570; 2000-ci il № 12, maddə 835; 2001-ci il № 11, maddələr 676, 686, 695; 2002-ci il, № 1, maddə 4) 185-ci maddəsinin üçüncü hissəsində «deputatlarının» sözündən sonra «, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)» sözləri əlavə edilsin.

10. «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, № 11, maddə 697; № 12, maddə 736) 4-cü maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq Qanunla tənzimlənir.»

11. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 19; 2001-ci il, № 5, maddə 292; 2002-ci il, № 1, maddə 4) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

a) 36-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

«Vətəndaşların hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) də Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edə bilər»;

b) həmin maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin.

12. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il № 1, maddə 9) 85-ci maddəsinin üçüncü bəndinin «Qeyd» hissəsində «Baş Nazirinin» sözlərindən sonra «, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)» sözləri əlavə edilsin.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9; Azərbaycan Respublikasının 2002-ci il 16 aprel tarixli, 302-IIQD nömrəli, 2002-ci il 19 aprel tarixli, 309- IIQD nömrəli Qanunları) aşağıdakı məzmunda 310-1-ci maddə əlavə edilsin:

«Maddə 310-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə—

    • şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.»

14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9; Azərbaycan Respublikasının 2002-ci il 16 aprel tarixli, 301-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

a) 11.3-cü maddədə «Baş naziri» sözlərindən sonra «, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)» sözləri əlavə edilsin;

b) 215.3.2-ci maddədə «Baş nazirin» sözlərindən sonra «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın),» sözləri əlavə edilsin.

15. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9; Azərbaycan Respublikasının 2002-ci il 19 aprel tarixli, 310-IIQD nömrəli Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

a) Məcəllənin 22.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil ola, orada saxlanılan şəxslərlə görüşüb, təkbətək söhbət edə və onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış ola bilər.»;

b) 83.5-ci maddədə «orqanlara» sözündən sonra «və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)» sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 iyul 2002-ci il

№ 356-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 463) («LegalActs» LLC).

© LegalActs LLC