«Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərb tarixi, hərbi arxiv, hərbi muzey işi və hərbi nəşrlər sahələrində əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 525)
Relizin Tarixi: 24.08.2002«Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərb tarixi, hərbi arxiv, hərbi muzey işi və hərbi nəşrlər sahələrində əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2002-ci il iyulun 16-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərb tarixi, hərbi arxiv, hərbi muzey işi və hərbi nəşrlər sahələrində əməkdaşlıq haqqında Protokol» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsi ilə əlaqədar lazımı tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 1026
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 525) («LegalActs» LLC).
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərb tarixi, hərbi arxiv, hərbi muzey işi və hərbi nəşrlər sahələrində əməkdaşlıq haqqında Protokol
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, iki ölkə arasındakı dostluq və qardaşlıq tellərini möhkəmləndirmək, qarşılıqlı hörmət çərçivəsində tərəflər arasındakı mövcud ikitərəfli əlaqələri möhkəmləndirmək və əməkdaşlığı inkişaf etdirmək arzusu ilə, aralarında 10 iyun 1996-cı il tarixdə imzalanmış bundan sonra «Saziş» adlandırılan «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında Saziş»in müddəalarına əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə I. Məqsəd
Bu Protokolun məqsədi Tərəflər arasında «Hərb Tarixi, Hərbi Arxiv, Hərbi Muzey işi və Hərbi Nəşrlər sahələrində Əməkdaşlıq» yaratmaqdır.
Maddə II. Əhatə dairəsi
Bu Protokol Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahını (Hərb Tarixi və Strateji Tədqiqatlar İdarəsi) əhatə edir.
Maddə III. Təriflər
Bu Protokolda olan terminlərdən:
1. «Hərbi Şəxsi heyət» ifadəsi Tərəflərdən birinin Silahlı Qüvvələrinə mənsub olub, bu Protokolun məqsədləri üçün diqər Tərəfin ölkəsində olan şəxsi heyət mənasındadır.
2. «Göndərən Tərəf» ifadəsi bu Protokol çərçivəsində Qəbul Edən Ölkədə olan hərbi şəxsi heyətin mənsub olduğu Tərəfi ifadə edir.
3. «Qəbul Edən Tərəf» —- bu Protokolun həyata keçirilməsi məqsədi ilə hərbi şəxsi heyəti ölkəsində yerləşdirən Tərəf mənasındadır.
4. «Yaxınlar» ifadəsi hərbi şəxsi heyətin həyat yoldaşı və uşaqları mənasındadır.
5. «Üstün (böyük) Hərbi Şəxsi heyət» ifadəsi bu Protokolun məqsədləri istiqamətində qəbul edən ölkədə, hərbi şəxsi heyət qrupu daxilində, istənilən zaman ən yüksək rütbəli şəxsi heyət mənasındadır.
6. «Rəis» sözü hərbi şəxsi heyətin olduğu hərbi hissənin komandiri, qərargahın və ya qurumun rəisi mənasındadır.
7. «Səlahiyyətli orqan» ifadəsi ilə Azərbaycanda — Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Turkiyə Respublikasının Səfirliyi, Türkiyədə isə-Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Respublikasının Səfirliyi nəzərdə tutulur.
8. «Hərbi Muzeylər» Silahlı Qüvvələrin sosial, tarixi və texniki inkişafının keçmişini və müasir dövrlərini əks etdirmək, milli və dünya tarixindəki təsirini, qəhrəmanlığını, yerinə yetirdiyi vəzifələrini nümayiş etdirərək, birlik və bərabərlik duyğularını inkişaf etdirmək, öz sahəsindəki tarix və ordu quruculuğu ilə bağlı elmi tədqiqatlar və təhlillər üçün zəmin hazırlamaq, bu amilləri sənədləşdirən mədəni irsin qorunmasını, saxlanmasını, nümayiş etdirilməsini təmin etmək məqsədi ilə yaradılmışdır. Birinci dərəcəli hərbi muzeylər ifadəsi xalqın istifadəsinə açıq olan muzeylərə aiddir.
9. «Hərb Tarixi» Silahlı Qüvvələrin sosial, tarixi və texniki inkişafını, tarixdə iştirak etdiyi hərbi əməliyyatlara aid məsələləri, yazılı mənbələri, arxeoloji və digər tarixi və muzey eksponatlarına əsaslanaraq səbəb və nəticə əlaqəsi içərisində təhlil edən daimi elmi fəaliyyətdir.
10. «Hərbi Arxiv» Silahlı Qüvvələrdə Hərb Tarixi və Hərbi Muzey işi ilə bağlı icrasi və istifadəsi sona çatmış sənədlərin toplanıb müəyyən qaydada yığıldığı, mühafizə edildiyi və ictimaiyyətin istifadəsinə verildiyi yer mənasındadır.
11. «Hərbi Nəşrlər» ifadəsi həm yazılı şəkildə yayımlanan kitab, jurnal, yazı əsəri və s., həm də radio və televiziya ilə yayımlanan əmr, məlumat, xəbər, bildiriş və s. əhatə edir.
Maddə IV. Ümumi əsaslar
Tərəflərin qüvvədə olan qanunlarına uyğun olmaq şərti ilə:
1. Hərbi və digər şəxsi heyətin hərbi muzeylərə və arxivlərə girişinə icazə veriləcəkdir.
2. Ortaq tarix və ya Tərəflərdən birinin tarixi ilə bağlı sənədlərin çoxaldılması və mikrofilminin çəkilməsinə icazə veriləcəkdir.
3. Sənət əsərləri, silah, geyim forması, rəsm, litoqrafiya, qravüra, gəmi maketləri, döyüş qalereyası kimi ortaq tarixlə və ya ölkələrdən birinin tarixi ilə bağlı olan dəyərlərin zənginləşdirilməsi üçün çoxaldılmasına icazə veriləcəkdir. Bu surətlər, xərcləri tələb edən Tərəf ödəməklə çoxaldılır və Qəbul Edən Tərəfin surət çıxarmağa icazə işarəsini daşıyır.
Maddə V. Əməkdaşlığın əsasları
1. Tərəflər ehtiyaclarını nəzərə alaraq, öz nümayəndə heyətlərini və illik icra proqramlarını müəyyən edəçəklər.
2. Qəbul edən Tərəf muzeylərdə və ya arxivlərdə olan və məxfi olaraq dərəcələnmiş sənədlərin surətlərini əldə etmək və onların üzərində tədqiqatlar aparmaq üçün hərbi şəxsi heyətə icazə vermək və ya verməmək hüququna malikdir.
3. Tərəflər hərbi muzeylərə və tarixi təşkilatlara, Qəbul Edən Tərəfin qüvvədə olan qanunlarına uyğun olaraq ekskursiyalar təşkil edə bilərlər.
4. Tərəflərin tədqiqat və təhlil üçün ehtiyac duya biləcəyi təchizat və avadanlıqlar, işlərin sonunda geri alınmaqla Qəbul Edən Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təmin olunacaqdır. Hərbi Muzeylərdən mədəniyyət abidələrinin tədqiqatı, təhlili və nümayiş etdirilməsi üçün qarşılıqlı şəkildə alınması və qaytarılmasına aid, sığortası da daxil olmaqla bütün xərcləri tələb edən Tərəfin ödəməsi şərti ilə və hər iki ölkənin bu məsələyə dair qanunlarına uyğun olaraq həyata keçiriləcəkdir.
5. Tərəflər arsındakı bütün sənəd və məlumat mübadiləsi Azərbaycanda — Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Səfirliyi (Hərbi Attaşeliyi) vasitəsi ilə, Türkiyədə isə — Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Respublikası Səfirliyi (Hərbi Attaşeliyi) vasitəsi ilə həyata keçiriləcəkdir.
6. Göndərən Tərəf istənilən vaxt, heç bir səbəb göstərmədən, öz şəxsi heyətini geri çağırma səlahiyyətinə malikdir. Bir dəfə qərar qəbul edildikdə Qəbul Edən Tərəf öhdəsinə götürdüyünü yerinə yetirmək məqsədi ilə lazımı tədbirlər görəcəkdir.
7. Hərbi şəxsi heyət bu Protokolun icra proqramlarının müəyyən etdiyi işlərdən başqa heç bir işə cəlb olunmayacaqdır.
8. İki Tərəfin ortaq mənafelərinə əsaslanan müştərək layihə, mövzu və tədqiqat işləri üçün, müəyyən müddətlərdə müəyyən mövzular üzərində işləyən ortaq qruplar yaradılacaqdır. İcraçıların sayını Tərəflər özləri müəyyən edəcəklər. Bu tədqiqatlarda əldə edilən nəticələri hər iki Tərəf bərabər şəkildə istifadə edəcəkdir.
Maddə VI. Tarixi tədqiqatların aparılması və inkişafı
Tərəflər qarşılıqlı şəkildə mədəniyyət əsərlərinin restavrasiyası mövzusunda personalın təlim keçməsini və onların mədəniyyət əsərlərinin yaradılması, istehsalı və qəliblənməsi sahəsində mütəxəssis kimi yetişmələrini təmin etməlidirlər.
Hər iki Tərəf tarixi tədqiqatları aşağıdaki əsaslar daxilində həyata keçirməyə borcludur:
1. Tərəflərin ortaq tarixləri və ya Tərəflərdən birinin tarixi ilə bağlı eksperimentlərin, məlumatların, sənədlərin və nəşrlərin mübadiləsi,
2. Sənədlər göndərilməsi və sərgilər təşkili,
3. Konfrans və kollokviumların təşkili,
4. Hər iki Tərəfin iştirak etdiyi müharibələr, döyüşlər və səfərlər haqqında tədqiqət işləri,
5. Hərb tarixi ilə bağlı incəsənət əsərlərinin reproduksiyası,
6. Tərəflər bu Protokolda göstərilən işlərlə bağlı olaraq həyata keçirilən tədqiqat və təhlillərdən çıxan nəticələri qarşılıqlı şəkildə mübadilə edə bilərlər.
7. Tərəflər öz hərbi yazıçılarının hazırladıqları məqalələri Azərbaycanda —-Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Səfirliyi (Hərbi Attaşeliyi) kanalı ilə Türkiyədə isə —- Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Respublikasının Səfirliyi (Hərbi Attaşeliyi) kanalı ilə bir-birlərinə göndərə bilərlər və bu məqalələr o Tərəfin Silahlı Qüvvələrində nəşr olunan dövri mətbuatda, aparılan araşdırmalardan sonra çap oluna bilər.
Maddə VII. Şəxsi heyətə aid məsələlər
Hərbi şəxsi heyətin statusu aşağıdaki əsaslarda müəyyənləşdirilmişdir:
1. Hərbi şəxsi heyət və yaxınları, Qəbul Edən Tərəfin qüvvədə olan təlimatlarına əsasən Silahlı Qüvvələrin şəxsi heyəti ilə eyni şərtlər daxilində hərbi klublardan, hərbi mağazalardan, zabitlər evlərindən və atelyelərdən istifadə edə biləcəklər.
2. Hərbi şəxsi heyət Qəbul Edən Tərəfin nəqliyyat xidmətlərindən işə gedib-gəlmək üçün istifadə edə biləcəkdir.
3. Hərbi şəxsi heyətin özləri tərəfindən göstərilən və heyətin rəhbəri və ya səlahiyyətli orqanları tərəfindən təsdiq olunan üzürlü səbəblərə görə gün hesablı məzuniyyətləri Qəbul Edən Dövlətin hərbi hissə, qərargah və qurumlarının rəisləri tərəfindən verilə bilər.
4. Hərbi şəxsi heyət vəzifə yerlərində öz ölkəsinin rəsmi geyim formasını, qalan hallarda isə mülki paltar geyəcəkdir.
5. Hərbi şəxsi heyət Göndərən Tərəf və ya Qəbul Edən Tərəfə aid qanunları pozarsa, Tərəflərdən birinin qərarı ilə və ya vəzifələrlə bağlı əsas müqavilənin müddəalarına görə ölkədən çıxarıla bilər.
Maddə VIII. Gömrük və Giriş-Çıxış qaydaları
Hərbi şəxsi heyət və yaxınları, Qəbul Edən Tərəfin ərazisinə giriş-çıxış zamanı və bu ölkədə olduqları müddət ərzində Qəbul Edən Tərəfin gömrük qanunvericiliyinə tabe olacaqlar. Həmin şəxsi heyət və onların yaxınları diplomatik pasport daşımayacaq, xarici ölkə vətəndaşlarının Qəbul Edən Tərəfdə qalma və sərbəst hərəkət etmə haqqındakı qanunlarına tabe olacaqlar.
Maddə IX. Hüquqi məsələlər
Bu Protokolun məqsədləri üçün Qəbul Edən Tərəfin ərazisində olan hərbi şəxsi heyət və onların yaxınları cəza və hüquq məsələlərində Qəbul Edən Tərəfin qanunlarına tabe olacaqlar.
Maddə X. Zərər, Ziyan və Təzminat
1. Hərbi şəxsi heyətin rəsmi vəzifələrini yerinə yetirdiyi vaxt Qəbul Edən Tərəfə aid şəxsi əşyalar və ya digər əşyalarda hər hansı bir itki və ya zərər meydana çıxarsa, Qəbul Edən Tərəfin Silahlı Qüvvələrinin qanunları və icraatlarına uyğun bir şəkildə, qarşılıqlı razılaşma ilə müəyyən ediləcək bir təzminat, Qəbul Edən Tərəfə Göndərən Dövlət tərəfindən ödəniləcəkdir. Əgər hər hansı bir anlaşılmazlıq olarsa, Qəbul Edən Tərəfin səlahiyyətli məhkəməsinin hüquqi qərarına tabe olunacaqdır.
2. Fəaliyyətlər zamanı istifadə olunacaq tarixi əşyaların maddi dəyərləri ilə yanaşı, mənəvi dəyərlərinin də olmasını Tərəflər zərərin müəyyənləşdirilməsində nəzərə almalıdırlar.
Maddə XI. Maliyyə məsələləri
1. Hərbi şəxsi heyətin hər növ maliyyə təminatı və şəxsi xərclərini Göndərən Tərəf təmin etməlidir.
2. Hərbi şəxsi heyət hansı səbəbdən olursa-olsun, Qəbul Edən Tərəfi birdəfəlik tərk edərkən özünün və yaxınlarının, Qəbul Edən Tərəfə, onun hüquqi şəxslərinə və üçüncü şəxslərinə olan bütün borclarını ödəyəcəkdir.
Maddə XII. Tibbi və İnzibati məsələlər
1. Tərəflərin hərbi şəxsi heyəti Qəbul Edən Tərəfdəki vəzifəsinə görə bərabər şəxsi heyət üçün tətbiq olunan tibbi müayinə və stomatoloji müalicə imkanlarından eyni şəkildə istifadə edə bilər. Müayinə və stomatoloji müalicədən başqa bütün növ tibbi xidmət üçün çəkilən xərcləri Göndərən Tərəf ödəyəcəkdir.
2. Hərbi şəxsi heyətin yaxınları vəfat etdikdə Qəbul Edən Tərəf mərhumun öz ölkəsində dəfn edilməsi və ya vəfat yerindən Göndərən Dövlətə çatdırılmasını təmin edə bilən ən yaxın aeroporta göndərilməsinə, cənazənin Göndərən Tərəfin səlahiyyətli pümayəndələrinə təhvil verilməsinə qədər mühafizəsinə, pul tələb edilmədən tibbi tədbirlərin yerinə yetirilməsinə görə cavabdeh olacaqdır. Mərhumun Qəbul Edən Tərəfdə dəfn edilməsi və ya Göndərən Tərəfin ölkəsinə göndərilməsi üçün qərar qəbul edilməsi, hərbi dəfn mərasiminin tələb edilib-edilməməsi Göndərən Tərəfin səlahiyyətli orqanının vəzifə və cavabdehliyində olacaqdır.
Maddə XIII.
Hərbi məlumatların təhlükəsizliyi1. Heç bir hərbi şəxsi heyət, Qəbul Edən Tərəfin yazılı icazəsi olmadan, bu Protokola əsasən rəsmi vəzifələrini icra edərkən Qəbul Edən Tərəfin Silahlı Qüvvələrinə aid əldə etdiyi məxfilik dərəcəsi olan məxfi məlumatları yayma və açıqlama hüququna malik deyil.
2. Tərəflərdən hər biri digər Tərəfdən təyin edilən məxfilik dərəcəsinə bərabər olan məxfilik dərəcəsi müəyyən edəcək və bu məqsədlə zəruri təhlükəsizlik tədbirləri görəcəkdir.
3. Hərbi şəxsi heyət, bu Protokola görə rəsmi vəzifələrinin tamamlanmasından sonra əldə etdiyi məxfilik dərəcəli məlumatları qorumağa davam edəcəkdir. Əgər bu Protokol qüvvəsini itirmiş olsa belə, həmin məxfi məlumatlar qorunacaqdır.
4. Tərəflər, bu Protokolda göstərilən fəaliyyətlərlə bağlı tədqiqat və təhlil/analiz nəticələrini mübadilə edəcəklər. Məlumat mübadiləsi məxfilik dərəcəsi olan məlumatların mühafizəsi ilə bağlı qarşılıqlı razılıq əsasında tənzimlənəcəkdir.
5. Tərəflər arasında heyata keçiriləcək hər növ xəbərləşmə, sənəd və məlumat toplanması Azərbaycanda—Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Səfirliyi (Hərbi Attaşeliyi) kanalı ilə, Türkiyədə isə—Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Respublikasının Səfirliyi (Hərbi Attaşeliyi) kanalı ilə həyata keçirilməlidir.
Maddə XIV. Həyata keçirmə
1. Bu Protokolun həyata keçirilməsi ilə bağlı ətraflı məlumatlar əlavə Texniki İcraatlar və Tənzimləmələrlə müəyyənləşdiriləcək və təsdiq ediləcəkdir.
2. Azərbaycanda—Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Səfirliyi, Türkiyədə isə—Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Respublikasının Səfirliyi bu Protokolun heyata keçirilməsinə cavabdehdirlər. Bu Protokolda göstərilməyən mövzularda Sazişin müddəaları tətbiq olunacaqdır.
Maddə XV. Düzəliş və dəyişiklik etmə
Tərəflərdən hər hansı biri zəruri olduqda Protokolda düzəliş və dəyişiklik edilməsini yazılı şəkildə təklif edə bilər. Belə hallarda tərəflər 30 (otuz) gün ərzində dəyişiklik və əlavə etmə məsələləri ilə bağlı müzakirələrə başlayacaqlar. 90 (doxsan) gün ərzində nəticə alınmazsa, tərəflərdən hər hansı biri 30 (otuz) gün əvvəlcədən yazılı bildirişlə bu Protokolu ləğv edə bilər.
Maddə XVI. Qüvvədə olma müddəti və ləğv edilmə
Bu Protokolun qüvvədə olma müddəti 5 (beş) ildir. Tərəflərdən biri bu beşillik və ya sonrakı bir illik müddətlərin bitməsindən 90 (doxsan) gün əvvəl bu Protokolun ləğv olunması barədə niyyətini yazılı şəkildə bildirməsə, Protokol yenə bir illik müddətdə qüvvədə qalmaqda davam edəcəkdir.
Maddə XVII. Təsdiq və Qüvvəyə minmə
Bu Protokol hər iki tərəfin qanunvericiliyinə uyğun olaraq zəruri prosedurların tamamlanmasından sonra qüvvəyə minəcəkdir.
Maddə XVIII. Mətn və İmza
Bu Protokol hər biri eyni qüvvəyə malik olmaqla— Azərbaycan, türk və ingilis dillərində, iki nüsxədə tərtib olunmuşdur. Azərbaycan və Türk dillərindəki mətnlərdə anlaşılmazlıq olarsa, o zaman İngilis dilində olan mətn əsas götürüləcəkdir. Lazım olan düzəliş və dəyişikliklər bu Protokolun XVII maddəsinə uyğun şəkildə qüvvəyə minəcəkdir.
Bu Protokol yuxarında göstərilən müddəalar çərçivəsində 16 iyul 2002-ci il tarixdə iki ölkə nümayəndələri tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası |
Türkiyə Respublikası |
Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əmakdaşlıq İdarəsinin rəisi |
Baş Qərargahının Hərbi Tarix və Strateji Tədqiqatlar İdarəsinin Plan-Koordinasiya şöbəsinin rəisi |
© LegalActs LLC