«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə


Relizin Tarixi: 04.12.2020

«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2 ay müddətində:

2. Müəyyən edilsin ki:

2.1. «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində və 7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

2.5. həmin Qanunun 8.2-ci maddəsində «orqan (qurum)» dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 avqust 2002-ci il

№ 757

«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 477) («LegalActs» LLC).

4 dekabr 2020-ci il tarixli, 1198 nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC