Müslüm Maqomayevin 60 illik yubileyi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyul 2002-ci il, № 167) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 431)

Relizin Tarixi: 24.07.2002

Müslüm Maqomayevin 60 illik yubileyi haqqında

Müslüm Maqomayevin 60 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2002-ci ilin avqust ayında Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, zəmanəmizin tanınmış müğənnisi xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 60 illiyi tamam olur.

Musiqi ifaçılığı sənətinin inkişafında böyük xidmətləri olan Müslüm Maqomayevin 60 illik yubileyinin ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Müslüm Maqomayevin 60 illik yubileyi ilə bağlı tədbirlər hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 iyul 2002-ci il.

№ 992.

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyul 2002-ci il, № 167) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 431) («LegalActs» LLC).

© LegalActs LLC