Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002—2005-ci illər) təsdiq edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2002-ci il, № 188) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 473)

Relizin Tarixi: 07.02.2005

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002—2005-ci illər) təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002—2005-ci illər) təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkə iqtisadiyyatında özəl bölmənin inkişafını sürətləndirmək, bu sahəyə investisiyaların cəlb olunmasını həvəsləndirmək, kiçik və orta sahibkarlığa dövlət köməyinin səmərəliliyini artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər) təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramının baş icraçısı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə hər ilin dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Proqramının İcrasını təmin edən müvafiq qərarlar qəbul etsin.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 avqust 2002-ci il

№ 753

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2002-ci il, № 188) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 473) («LegalActs» LLC).

10 dekabr 2004-cü il tarixli, 159 nömrəli; 7 fevral 2005-ci il tarixli, 193 nömrəli fərmanlara əsasən əlavələr və dəyişikliklərlə ( «LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 17 avqust tarixli
753 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər)

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı»nda (1997—2000-ci illər) müəyyən edilmiş vəzifələr əsasən yerinə yetirilmişdir. Ölkəmizdə kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) hüquqi bazası inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur. KOS-lara təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənmişdir. KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdür. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə «Nəzarət kitabçası»nın tətbiqinə başlanılmışdır. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmişdir. Sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmışdır. KOS-ların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnmişdir. 2001-ci ilin yekunlarına görə ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı 71,0 faiz təşkil etmişdir. Sənaye istehsalının 48,3 faizi, kənd təsərrüfatı istehsalının 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmtəə dövriyyəsinin 98,4 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 62,5 faizi, sərnişin daşınmasının 83,9 faizi, xarici ticarət dövriyyəsinin 59,0 faizi, ixracın 52,6 faizi, idxalın 69,0 faizi özəl bölmənin payına düşmüşdür. Dövlət büdcəsinin gəlirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalaşmışdır. Ölkə üzrə əhalinin ümumi məşğulluğunda qeyri-dövlət bölməsinin payı 70,0 faiz təşkil edir. 2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş qeyri-dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 mini keçmişdir. Bunun 80,1 faizi kiçik və orta müəssisələrdir. Orta hesabla əhalinin hər 10 min nəfərinə dövlət qeydiyyatından keçmiş 58 kiçik müəssisə düşür. Son 5 ildə KOS-un ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatmışdır.

Bununla yanaşı, ölkəmizdə formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan KOS-ların inkişafının sürətləndirilməsi məqsədləri üçün tam istifadə olunmamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövcud imkanlardan azdır. Özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə hələlik strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf edir. KOS sektorunun ölkənin ixrac potensialının gücləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə təsiri məhduddur. Sahibkarlığın regional inkişafının hazırki səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmir. Belə ki, indi KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir. Daxili istehsalçılar arasında əlaqələr zəif inkişaf edir və KOS-larla iri müəssisələrin kooperasiyası və inteqrasiyası zəruri səviyyəyə çatmamışdır.

KOS-un inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşmasında və beynəlxalq iqtisadi mühitə uyğunlaşmasında, ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun gücləndirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə KOS sektorunun inkişafına dövlət köməyi tədbirlərinin çərçivəsi genişləndirilir və onların ünvanlılığı gücləndirilir.

Proqramın məqsədi

Proqramın məqsədi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etməkdir.

Proqramın qanunvericilik bazası

Proqram Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki məcəlləsinə, «Sahibkarlıq fəaliyyəti haqqında» və «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

Proqramın vəzifələri

Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutulur:

    • sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi;
    • müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi (informasiya) təminatının yaxşılaşdırılması;
    • gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması;
    • KOS-ların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi;
    • KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması;
    • KOS-ların istehsal yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi mexanizmlərinin genişləndirilməsi;
    • sahibkarlığın regional inkişafının təmin edilməsi;
    • daxili istehsalçılar arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması;
    • KOS sferasında texnoloji inkişafın dəstəklənməsi;
    • sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.

Proqramın maliyyə təminatı

Proqramın maliyyələşdirilməsinin əsas mənbələri aşağıdakılardır:

    • nəzərdə tutulmuş dövlət büdcə təxsisatları üzrə ayırmalar;
    • Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
    • əhalinin məşğulluğu üzrə dövlət vəsaiti;
    • bələdiyyələrin vəsaitləri;
    • bəynəlxalq və xarici ölkə təşkilatlarının texniki və maliyyə köməyi;
    • məqsədli layihələr;
    • xarici investisiyalar;
    • əhalidən könüllü daxil olan vəsaitlər.

Gözlənilən nəticələr

    • ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi çərçivəsinin genişləndirilməsi;
    • sahibkarlıq fəaliyyətinin struktur, regional və texnoloji baxımdan təkmilləşdirilməsi;
    • ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında KOS-ların rolunun gücləndirilməsi;
    • Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində KOS-ların fəaliyyətinin yüksəldilməsi;
    • istehsal sferasında yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq strukturunun təkmilləşdirilməsi;
    • ölkə ixracında KOS-ların payının artması;
    • iqtisadi fəaliyyətin regional strukturunun təkmilləşdirilməsi.

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər) üzrə həyata keçiriləcək əsas tədbirlər

Sıra №-si

Tədbirlər

Tədbirin məqsədi

İcraçılar

Yerinə yetirilmə müddəti

1. Sahibkarlığın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi

1.1.

Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına vaxtaşırı baxılması və lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

Lisenziyalaşdırmanın istiqamətləndirici rolunun yüksəldilməsi. Lisenziyalaşdırılan fəaliyyət növlərinə nəzarətin səmərəli təşkilinin təmin edilməsi. Xüsusi razılıq verilən (lisenziyalaşdırılan) sahibkarlıq dairəsinin səmərəli sərhədlərinin müəyyən edilməsi.

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2002—2005-ci illər

1.2.

KOS-lara məhsulların standartlaşdırılmasının, setifikatlaşdırılmasının həyata keçirilməsi sahəsində metodiki və təşkilati kömək göstərilməsi

KOS sferasında istehsal olunan məhsulların və xidmətlərin keyfiyyətinin yüksədilməsi və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırılma, Metrologiyp və Patent üzrə Dövlət Agentliyi

2002—2005-ci illər

1.3.

KOS sferasında istehsal olunan məhsulların və xəidmətlərin sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi

KOS məhsullarının və xidmətlərinin keyfiyyətinə səmərəli nəzarət sisteminin formalaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırılma, Metrologiyp və Patent üzrə Dövlət Agentliyi

2003-cü il

1.4.

KOS subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

KOS sferasının sərhədlərinin dəqiq müəyyən edilməsi üsulunun tətbiqi

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi

2002-ci il

1.5.

Dövlət ehtiyacları üçün məhsul istehsalı və işlərin (xidmətlərin) görülməsi üzrə sifarişlərin yerinə yetirilməsində KOS subyektlərinin iştirakı mexanizmlərinin yaradılması

Dövlət sifarişlərinin həyata keçirilməsində KOS subyektlərinin iştirakının təmin edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2002—2003-cü illər

2. KOS inkişafının maliyyə və investisiya təminatı

2.1.

«Qarşılıqlı sığortalama cəmiyyətləri haqqında» Azərbaycan Respublikasının Qanun layihəsinin hazırlanması

Qarşılıqlı sığortalamanın təşəkkülü və inkişafı üçün hüquqi bazanın yaradılması. Sahibkarlıq riskindən sığortalama sisteminin inkişafı

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2003-cü il

2.2.

«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması

İnvestisiyalara dövlət təminatının təkmilləşdirilməsi. Regionlarda öncül sahələrə investisiya qoyulmasının stimullaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi

2002—2003-cü illər

2.3.

Kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş sistem üzrə verginin tətbiqi təcrübəsinin təhlili və onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Kiçik sahibkarlıq subyektləri üçün səmərəli vergi sisteminin formalaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi

2002-ci il

2.4.

KOS sferasında rüsumların və müxtəlif qeyri-vergi ödənişlərinin tətbiqinin təhlili

KOS sferasında rüsumların və qeyri-vergi ödənişlərinin səmərəli hədlərinin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2003—2005-ci illər

2.5.

Vergi siyasətinin KOS-a dövlət köməyinin digər istiqamətləri ilə əlaqələndirilməsinə dair təkliflərin hazırlanması

KOS-a dövlət köməyi siyasətinin səmərəliliyinin yüksəldilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi

2003-cü il

2.6.

Kiçik sahibkarların kredit təminatı sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərə görə kollektiv təminat mexanizminin yaradılması, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin təminatlıq səviyyəsinin yüksəldilməsi

Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu

2002—2003-cü illər

2.7.

Kiçik sahibkarlıq sferasında ipoteka və girov mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərə görə kollektiv təminat mexanizminin yaradılması, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin təminatlıq səviyyəsinin yüksəldilməsi

Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu

2002—2003-cü illər

2.8.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif sosial qrupları üçün mikrokredit sxemlərinin yaradılması

Əhalinin sahibkarlıq fəaliyyətinə başlaması üçün ştat kapitalı əldə etməsinə imkanlar yaradılması

Milli bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002—2003-cü illər

2.9.

Kredit ittifaqlarına köməklik göstərilməsi

Kredit ittifaqının müstəqil olaraq öz üzvlərinin maliyyə ehtiyaclarını ödəmək imkanlarının genişləndirilməsi. KOS-un kredit bazasının genişləndirilməsi

Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002—2005-ci illər

2.10.

KOS subyektlərinin dövlət investisiya proqramlarında iştirakı mexanizminin hazırlanması

KOS-ların dövlət investisiya resurslarının istifadəsində fəal iştirakına şərait yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2003-cü il

2.11.

KOS sənaye müəssisələrinin modernizasiyasına investisiya yardımı mexanizminin hazırlanması

Sənaye sektorunun texniki-texnoloji yeniləşdirilməsinin sürətləndirilməsi

Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002—2003-cü illər

2.12.

Kommersiya banklarının KOS-un investisiya ehtiyaclarına uyğunlaşdırılması barədə təkliflərin hazırlanması

Bank kreditlərinə KOS-ların əlyetərliyinin təmin olunması mexanizmlərinin formalaşdırılması

Milli Bank, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002-ci il

2.13.

Kənd təsərrüfatı məhsullarının emalı sahəsində mini texnologiyaların tətbiqi üzrə pilot investisiya liyihələrinin hazırlanmasına və həyata keçirilməsinə kömək göstərilməsi

Aqrar-sənaye komplekslərində KOS-ların perspektivli fəaliyyət sahələrinə istiqamətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Texnologiya Universiteti

2002—2005-ci illər

2.14.

Neft-kimya və kimya sənayesində yeni texnologiyaların tətbiqi üzrə pilot investisiya layihələrinin hazırlanması və həyata keçirilməsinə kömək göstərilməsi

Neft-kimya kompleksində KOS-ların perspektivli fəaliyyət sahələrinə istiqamətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası

2002—2005-ci illər

2.15.

KOS-ların investisiya təklifləri üzrə məlumat bankının yaradılması

KOS sferasında investisiya marağı doğuran layihələrin və investisiya mənbələrinin aşkar edilməsi, seçilməsi və səmərəli əlaqələndirilməsi

İqtisadi İnkişaf Nazirliyi

2002—2005-ci illər

2.16.

KOS subyektlərinin innovasiya layihələrinin maliyyələşdirilməsinə kömək göstərilməsi, Vençur kapitalından istifadə mexanizminin yaradılması

KOS sektorunda elmi-texniki naliyyətlərin, riskli layihələrin və yeni texnologiyanın tətbiqinin maliyyələşdirilməsinə kömək göstərilməsi

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank

2003—2005-ci illər

2.17.

Xarici və Beynəlxalq maliyyə-kredit qurumları ilə kiçik sahibkarlığın maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi

KOS sferasında investisiya resurslarının cəlb edilməsi imkanlarının artırılması

İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, Maliyyə Nazirliyi

2002—2005-ci illər

3. KOS sektorunda struktur dəyişikliklərinə və texnoloji inkişafa kömək

3.1.

«Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması haqqında «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması

Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin genişləndirilməsinə kömək göstərilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Sahibkarların İctimai birliklərinin iştirakı ilə

2003-cü il

3.2.

Kiçik, orta və iri müəssisələrin kooperasiya imkanları haqqında məlumat bankının yaradılması

Kiçik və orta müəssisələrin kooperasiya bazasının formalaşması

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti

2002—2005-ci illər

3.3.

Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin qurulmasına dair metodiki materialların hazırlanması

Kiçik və orta müəssisələrin iri müəssisələrlə səmərəli kooperasiya əlaqələrinin qurulmasına kömək göstərilməsi

İqtisadi İnkişaf Nazirliyi

2002-ci il

3.4.

KOS obyektlərinin məhsullarının satış-sərgi mərkəzinin yaradılması və onun fəaliyyətinə kömək göstərilməsi

KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalının stimullaşdırılması, KOS sektoruna investorların cəlb olunması

İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər icra hakimiyyəti, Sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002—2005-ci illər

3.5.

KOS subyektlərinin ixrac fəaliyyətinə kömək mexanizmlərinin formalaşması

Kiçik və orta müəssisələr tərəfindən ixrac yönümlü istehsalın genişləndirilməsinə şərait yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002—2003-cü illər

3.6.

KOS-ların xarici texnoloji qurumlarla işbirliyi yaratmalarına kömək göstərilməsi

KOS sektorunda yeni texnologiyaların geniş tətbiqinə şərait yaradılması

Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

2002—2005-ci illər

4. KOS-a texniki kömək və insan amilinin inkişafı

4.1.

KOS-ların informasiya təminatı sisteminin formalaşdırılmasının başa çatdırılması

Müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında sahibkarların informasiya təminatının yaxşılaşdırılması

İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002—2005-ci illər

4.2.

KOS-ların «İnternet-biznes» xidmətlərindən istifadəsinə kömək göstərilməsi. «KOS-NET» xidmətlərinin təşkili

KOS-ların internet xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2002—2005-ci illər

4.3.

KOS-lar üçün informasiya məcmuələrinin nəşri

KOS-un informasiya təminatının yaxşılaşdırılması

İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002—2005-ci illər

4.4.

KOS-un tədris mərkəzinin yaradılması

KOS tədrisinin inkişaf etdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi

2003-cü il

4.5.

KOS təhsili üçün baza elmi-metodik və tədris proqramlarının hazırlanması

Sahibkarların hazırlığı və yenidən hazırlığı sahəsində tədrisin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə

2003-cü il

4.6.

KOS təhsili üçün tədris-metodiki və məsləhət yönümlü dərslik vəsaitlərinin hazırlanması və nəşri

Əhalinin sahibkarlıq fəaliyyəti üçün lazımi biliklər əldə etməsinə kömək göstərilməsi

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002—2005-ci illər

4.7.

Ümumtəhsil, peşə və ali təhsil sistemində sahibkarlıq fəaliyyəti əsaslarının tədrisinin təşkilinə dair təkliflərin hazırlanması

Ümumtəhsil və peşə-ixtisas təhsili məktəbləri müdavimlərinin sahibkarlıq fəaliyyətinə hazırlanması

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2003-cü il

4.8.

Sahibkarlığın inkişafı tələblərinə uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Kiçik və orta biznes üçün əsas peşələr üzrə kadr hazırlığının yaxşılaşdırılması

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2002—2003-cü illər

4.9.

Ordudan tərxis olunan gənclər üçün sahibkarlığın əsaslarına dair treyninq, məsləhət və informasiya xidmətinin təşkili

Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına kömək göstərilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2002—2005-ci illər

4.10.

KOS təhsil müəssisələrinin sertifikasiyası meyarlarının və qaydalarının hazırlanması

KOS-lar üçün təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2003-cü il

4.11.

Bakı şəhərində «MDB tərəfdaşlıq» işgüzar əməkdaşlıq forumunun keçirilməsi

KOS-ların xarici tərəfdaşlarla işgüzar əlaqələrinin yaradılmasına və inkişafına kömək göstərilməsi

İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Bakı şəhər icra hakimiyyəti sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002-ci il

4.12.

KOS sektorunun monitorinqinin həyata keçirilməsi

Sahibkarlığın inkişafının mühüm problemlərinin həlli gedişini nəzarətdə saxlamaq

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, sahibkarların ictimai birliklərinin iştirakı ilə

2002—2005-ci illər

4.13.

KOS-un inkişafı barəsində illik analitik hesabatların hazırlanması

KOS-un inkişafı sahəsində nailiyyətlərin araşdırılması və dövlət siyasətinin həyata keçirilməsinə dair təkliflərin hazırlanması

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi

2002—2005-ci illər

5. Sahibkarlığın regional inkişafının sürətləndirilməsi

5.1.

Azərbaycan Respublikasının investisiya layihələri xəritəsinin tərtibi

Regionlara investisiyaların cəlb edilməsi

İqtisadi İnkişaf Nazirliyi

2002-ci il

5.2.

Regional iqtisadi təşviq mexanizmlərinin normativ-hüquqi bazasının formalaşdırılması və həyata keçirilməsi

İqtisadi rayonların inkişafına fəal investisiya qoyuluşlarının cəlb edilməsinin və sahibkarlığın inkişafının sürətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi

2002—2005-ci illər

5.3.

Dağ və sərhədyanı rayonlarda, habelə Naxçıvan Muxtar respublikasında əmək haqqına güzəştli əmsalların, enerjidaşıyıcılarına güzəştli tariflərin, vergi ödəyicilərinə müddətli tətillərin və yerli istehsalın inkişafına güzəştli kreditlərin tətbiqi barədə konkret təkliflər hazırlanması və həyata keçirilməsi

Əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsinin təmin edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Yanacaq və Energetika Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Milli Bank

2002—2003-cü illər

5.4.

Bölgələrdə evdə iş görənlərə texniki və təşkilati kömək sisteminin qurulması barədə təkliflərin hazırlanması

Bölgələrdə əhalinin məşğulluq səviyyəsinin və qazanc əldə etmə mənbələrinin genişləndirilməsinə imkanlar yaratmaq

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bələdiyyələr

2002—2003-cü illər

5.5.

Yerli icra hakimiyyəti orqanlarının iqtisadi inkişafa, xüsusilə yerli sahibkarlığa kömək mexanizmlərinin formalaşması məqsədilə mövcud normativ-hüquqi sənədlərdə müvafiq dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanması

Yerli icra hakimiyyəti orqanlarının rayonların sosial-iqtisadi inkişafına təsir mexanizminin gücləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2002—2003-cü illər

5.6.

Yerli özünüidarəetmə orqanlarının iqtisadi inkişaf məsələləri sahəsində fəaliyyətlərinin gücləndirilməsi məqsədilə bu sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Regionların iqtisadi inkişafının sürətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

2003-cü il

5.7.

Regionlar üzrə sahibkarların və sənətkarların peşə ittifaqlarının formalaşdırılmasına dair normativ-hüquqi sənədlərin layihələrinin hazırlanması

Regionlar üzrə sahibkarların və sənətkarların peşə ittifaqının formalaşdırılmasının sürətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, Sahibkarların ictimai strukturları

2003-cü il

5.8.

Bölgələrdə sənətkarlığın bərpası və inkişafı proqramlarının layihələrinin hazırlanması və həyata keçirilməsi

Bölgələrdə sənətkarlığın surətli inkişafının təmin olunması

İqtisadi İnkişaf Nazirliyi, Sahibkarların regional ictimai birlikləri

2002—2005-ci illər

5.9.

Sosial-iqtisadi infrastruktur xidmətləri obyektlərinin reabilitasiyası, inkişafı və bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq fəaliyyətlərinin genişləndirilməsi

Bölgələrdə sosial-iqtisadi infrastruktur obyektlərinin inkişafının sürətləndirilməsi

Yanacaq və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi,Nəqliyyat Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərenerji» SC, «Azəriqaz» SC, «Azəravtoyol» DK

2002—2005-ci illər

5.10.

Kiçik sahibkarlıq üzrə regional sahə proqramlarının hazırlanmasına və həyata keçirilməsinə kömək göstərilməsi

Yerli resurslardan səmərəli istifadə əsasında bölgələrdə sahibkarlığın inkişafının sürətləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

2002—2005-ci illər

5.11.

Bakı şəhərində texnoloji biznes inkubatorun yaradılması

İnnovasiya yönümlü sahibkarlığın inkişafına əlverişli şərait yaradılması

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2003—2005-ci illər

5.12.

Sahibkarlığın yerli bazar infrastrukturlarının (məsləhət, tədris, informasiya, reklam və s.) formalaşdırılması

Yerli sahibkarlığın bazar infrastrukturunun formalaşdırılmasının başa çatdırılması

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, sahibkarların ictimai birlikləri ilə

2002—2005-ci illər

5.13.

Maliyyə-kredit qurumlarının bölgələrdə strukturlarının yaradılmasına kömək göstərilməsi

Bölgələrdə kiçik sahibkarların investisiya mənbələrindən istifadəsinin əlyetərliyinin təmin edilməsi

Milli Bank, Birləşmiş Universal Səhmdar Bankı, Beynəlxalq Bank

2002—2005-ci illər

5.14.

Bölgələrdə aqroservis (texnika təmiri, kimyəvi preparatlar, baytar və aqronom xidmətləri və s.) müəssisələri şəbəkəsinin genişləndirilməsi

Fermer təsərrüfatlarının inkişaf etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2002—2004-cü illər

5.15.

Qaçqın və məcburi köçkünlərin məskunlaşdırdıqları ərazilərdə yerli şəraitə müvafiq sahibkarlıq fəaliyyəti sahələrinin yaradılmasının genişləndirilməsi

Qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2002—2004-cü illər

6. Sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi

6.1.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması

Təsərrüfat subyektlərinin dövlət qeydiyyatının qanunvericilikdə müəyyən edilmiş vaxt müddətində həyata keçirilməsi üçün qeydiyyat orqanlarının məsuliyyətinin yüksəldilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2002-ci il

6.2.

Müqavilə hüquqi normalarlarının möhkəmləndirilməsi, müqavilə üzrə mübahisələrin məhkəmə vasitəsilə həlli qaydalarının təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması

Sahibkarların kommersiya əlaqələrində mütəşəkkilliyinin yüksəldilməsində müqavilələrin rolunun artırılması

Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, İqtisad Məhkəməsi

2003-cü il

6.3.

«Sahibkarlıq sferasında nəzarət və yoxlamaların həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması

Yoxlama keçirən orqanların siyahısının, hər bir orqanın yoxlamaq səlahiyyətində olduğu məsələlərin adlarının, yoxlamanın sərhədinin, dövriliyinin və yoxlama üçün əsas ola bilən halların qanunvericiliklə təsbiti

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2002-ci il

6.4.

«Nəzarət kitabçaları»nın tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi

Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması

İqtisadi İnkişaf Nazirliyi

2002—2003-cü illər

6.5.

«Sahibkarlıq hüququnun əsasları» seriyasında kitabların hazırlanması və nəşri

KOS-ların hüquqi ədəbiyyatla təminatının genişləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2002—2005-ci illər

6.6.

KOS sistemində sahibkarlara hüquqi xidmətin genişləndirilməsi

KOS-lara güzəştli şərtlərlə hüquqi məsləhətlər göstərilməsi miqyasının artırılması

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2002—2005-ci illər

6.7.

Sahibkarların ictimai birliklərinin öz üzvlərinin hüquq və mənafelərinin müdafiəsinə texniki və təşkilati kömək göstərilməsi

Sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsində KOS-ların ictimai strukturlarının rolunun yüksəldilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, sahibkarların ictimai birlikləri

2002—2005-ci illər


© LegalActs LLC