Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (06 iyul 2002-ci il, № 151) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 398)
Relizin Tarixi: 05.07.2002Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin yeddinci bəndinə uyğun olaraq qərara alıram:
1. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı 10 gün müddətində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin qurulması üçün zəruri olan köməyin göstərilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 5 iyul 2002-ci il
№ 730
«Azərbaycan» qəzetində dərc edilmişdir (06 iyul 2002-ci il, № 151) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 398) («LegalActs» LLC).
© LegalActs LLC