Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147)

Relizin Tarixi: 18.04.2007

Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında

Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan işçilərə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 700 manat məbləğində müəyyən edilsin.

3. Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələrinin akademik katiblərinin və Rəyasət Heyəti üzvlərinin aylıq vəzifə maaşları 1 milyon 200 min manat məbləğində müəyyən edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam 2002-ci il iyul ayının 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 1 iyul 2002-ci il

№ 967

«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2002-ci il, № 7, maddə 414) («LegalActs» LLC).

13 oktyabr 2004-cü il tarixli, 453 nömrəli; 16 mart 2005-ci il tarixli, 686 nömrəli; 18 aprel 2007-ci il tarixli, 2096 nömrəli sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC