Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında
Relizin Tarixi: 27.12.2012
Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında dövlət sərhədinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan
Respublikasının dövlət idarəetmə strukturunda
aparılan dəyişiklikləri nəzərə alaraq
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə Dövlət Komissiyası aşağıdakı
tərkibdə təsdiq olunsun:
Komissiyanın sədri: |
||
Xələfov Xələf Alı oğlu |
— |
xarici işlər nazirinin müavini |
Komissiyanın sədr müavini: |
||
Məmmədov Qərib Şamil oğlu |
— |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri |
Komissiyanın üzvləri: |
||
Elçin Quliyev |
— |
Dövlət Sərhəd Xidmətinin rəisi |
Oruc Zalov |
— |
daxili işlər nazirinin müavini |
Hilal Əsədov |
— |
milli təhlükəsizlik nazirinin müavini |
Firdovsi Əliyev |
— |
ekologiya və təbii sərvətlər nazirinin müavini |
Azad Nağıyev |
— |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini |
Məmməd Sadıq Quliyev |
— |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini |
Elxan Usubov |
— |
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı |
İslam Rzayev |
— |
Balakən Rayon İcra Hakimiyyətinin başçısı |
Şəmsəddin Xanbabayev |
— |
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı |
Musa Şəkiliyev |
— |
Qax Rayon İcra Hakimiyyətinin başçısı |
Səbuhi Abdullayev |
— |
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı |
Şair Alxasov |
— |
Qusar Rayon İcra Hakimiyyətinin başçısı |
Eyvaz Qurbanov |
— |
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı |
Mübariz Əhmədzadə |
— |
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı |
Eyvaz Cəfərov |
— |
Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi |
Zavər Qafarov |
— |
Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi |
2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası haqqında» 1999-cu il 15 yanvar tarixli 59 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 2002-ci il
№ 965
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 372) («LegalActs» LLC).
1 iyun 2005-ci il tarixli, 836 nömrəli; 25 aprel 2012-ci il tarixli, 2200 nömrəli; 27 dekabr 2012-ci il tarixli, 2639 nömrəli Sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC