Ə.A. Əliyevin və X.H. Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilməsi haqqında
Relizin Tarixi: 28.06.2002
Ə.A. Əliyevin və X.H. Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
«Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci və üçüncü hissələrinə əsasən, vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş, deputatları Milli Məclisdə azlıq təşkil edən Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Kommunist Partiyası tərəfindən namizədliyi təqdim edilən Ənvər Abbas oğlu Əliyev və Xanmurad Həşim oğlu Əhmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilsinlər.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
M. ƏLƏSGƏROV
Bakı şəhəri, 28 iyun 2002-ci il
№ 348-IIQR.
Azərbaycan Respublikası
Milli Məclisinin məlumatında dərc edilmişdir (12
aprel — 2 iyul 2002-ci il, № 2 (26)) («LegalActs» LLC).
© LegalActs LLC