Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında
Relizin Tarixi: 02.07.2002
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən qərara alır:
Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə təqdim etdiyi Elmira Teymur qızı Süleymanovadan, Cəfər Məmməd oğlu Cəfərovdan və Faiq Mirəsədulla oğlu Qurbanovdan ibarət üç namizəddən Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilsin.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
M. ƏLƏSGƏROV
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 362-IIQR.
«Azərbaycan» qəzetində dərc edilmişdir (03 iyul
2002-ci il, № 148) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Milli Məclisinin
məlumatı»nda dərc edilmişdir (12 aprel — 2 iyul 2002-ci
il, № 2 (26)) («LegalActs» LLC).
© LegalActs LLC